Azərbaycan İdeyası

Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır

Tarix:14-10-2019, 16:35
Baxış Sayı:150



Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əllik dərəcəsi almaq istəyən insanlar, orta, yuxarı yaş kateqoriyasında olan şəxslər də var.
Korrupsiya-q.az - ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bunlar arasında çoxluq 18 yaşına çatmayanlar saxta əlillik dərəcəsi almağa cəhd edənlərdir:
“Bu, daha çox oğlanların əsgərlikdən yayınma cəhdləridir. Qız uşağlarında isə subyektiv səbəblər var. Orta və yuxarı yaş kateqoriyasəbda olanlar daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün pensiyaya çıxma tələbləri daha asandır”.
S.Babayev bildirib ki, aparılan tədbirlər nəticəsində Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə İşçi qrupu cari ildə 2500-dən artıq yanlış, saxta əlillik almış şəxs müəyyən edilib:
“Onlarla bağlı ciddi tədbir görülüb və dövlət büdcəsinə illik qənaəti 13 milyondan artıq nəticə əldə edilib. Bu proses daimi olacaq. Azərbaycanda 620 min əlil şəxs var. Əlilliklə bağlı müraciət edən şəxslər barədə ciddi qiymətləndirilmə aparılıb”.
“Saxta əlillik meydana çıxdığı təqdirdə bu vətəndaşın ödənişi də kəsilir, indiyədək və sonra alacağı vəsaitlərə dair ona qarşı tələb irəli sürülür. Onun dövlətdən aldığı digər vəsaitlər varsa, oradan tutulmalar verilir, yaxud yoxdursa, onun tərəfindən bərpa olunmasına dair müvafiq tələblər irəli sürülür”, - deyə S.Babayev qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı