Azərbaycan İdeyası

Nazir: Gələn il pensiyanın orta aylıq məbləğinin 240 manatdan çox olacağı gözlənilir

Tarix:6-11-2018, 16:08
Baxış Sayı:251

 Nazir: Gələn il pensiyanın orta aylıq məbləğinin 240 manatdan çox olacağı gözlənilir


Gələn il pensiyanın orta aylıq məbləğinin 240 manatdan çox olacağı gözlənilir.
Korrupsiya-q.az qəzeti Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, növbəti ildə məcburi dövlət sığorta haqlarının artımı da gözlənilir.
S.Babayev əlavə edib ki, bu il ünvanlı sosial yardım alan 1200 nəfər özünəməşğulluq proqramına cəlb ediləcək: “Növbəti ildə bu say daha da artırılacaq”.
Nazir qeyd edib ki, məşğulluq sistemində avtomatlaşdırma yekunlaşmaq üzrədir: “Yanvarın 1-dək bu prosesin başa çatması nəzərdə tutulur. Artıq işsizlər iş üçün elektron qaydada portala müraciət edə biləcəklər”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı