Azərbaycan İdeyası

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

Tarix:15-10-2019, 12:11
Baxış Sayı:121


Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək müqaviləsinə xitam verilib.

Korrupsiya-q.az "report"a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən vəzifədə olmanın son yaş hədinə çatmış 27 direktorla (1, 10, 14, 20, 27, 52, 96, 122, 130, 135, 157, 160, 203, 204, 217, 223, 229, 239, 256, 264, 267, 269, 271, 278, 322, 103 və 268) müqavilənin müddəti cari tədris ilinin sonunadək uzadılıb.

BŞTİ müdiri qeyd edib ki, Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlərə əsasən, 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə (97, 38, 175, 212, 144, 248, 28, 150, 169, 184, 219, 220, 235, 250, 306, 293, 327, 301, 75, 90, 107, 128, 307, 162, 29, 260, 221, 26, 123) direktor vəzifəsinə yeni təyinat olub.

O əlavə edib ki, həmin müddətdə 13 məktəb direktorunun iş yeri dəyişdirilib:

"111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib".

R.Tağıyev vurğulayıb ki, idarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

OXŞAR XƏBƏRLƏR
Vladimir Putin İlham Əliyevə zəng edib
Vladimir Putin İlham Əliyevə zəng edib
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Yaponiyada sakinlər "F-35" qırıcılarının səs-küyünə görə məhkəməyə müraciət etdilər
Yaponiyada sakinlər "F-35" qırıcılarının səs-küyünə görə məhkəməyə müraciət etdilər
Küləkli hava şəraiti ilə bağlı Bakıda aşan ağacların SAYI MƏLUM OLDU
Küləkli hava şəraiti ilə bağlı Bakıda aşan ağacların SAYI MƏLUM OLDU
Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI
Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI
Britaniyada milyonçuların sayında KƏSKİN AZALMA: G7 ölkəsində nə baş verir?
Britaniyada milyonçuların sayında KƏSKİN AZALMA: G7 ölkəsində nə baş verir?
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan nefti kəskin ucuzlaşdı