Azərbaycan İdeyası

Fərhad Bədəlbəyli televiziya kanallarını tənqid edib

Tarix:15-10-2019, 14:07
Baxış Sayı:155


“O qədər festivallar keçiririk, vəsait ayrılır, Qarabağ məsələsinin təbliğatı üçün niyə maliyyə vəsaiti ayrılmır? Deputatlardan xahiş edirəm ki, Maliyyə Nazirliyinə təkliflər versinlər. Vəsait olmazsa, kimsə nəsə edə bilməz”.
Korrupsiya-q.az “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli deyib.
F.Bədəlbəyli televiziya kanallarını tənqid edib:
“Məni telekanalların veriliş siyasəti çox narahat edir. Gündəlik yalnız əyləncə, boş-boş söhbətlər... Məsələn, orta ümumtəhsil məktəblərində hər gün ilk dərs zamanı Qarabağdan danışıla bilər. Bir az ciddi olmaq lazımdır, bu, bizə çox lazımdır. Elə bil, kimsə deyir ki, kef çəkin, əyləncə mərkəzlərinə gedin, Qarabağ nəyinizə lazımdır... Vəziyyət çox acınacaqlı və faciəvidir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı