Azərbaycan İdeyası

"Qarabağ bircə günlüyə Azərbaycanın tərkibində olsa..." - Sarkisyan

Tarix:13-07-2016, 14:00
Baxış Sayı:643

"Qarabağ bircə günlüyə Azərbaycanın tərkibində olsa..." - Sarkisyan
"Bütün dünya belə Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz".

Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Livanın "Əl-Mayadin" telekanalına müsahibəsində deyib.

Sarkisyan deyib ki, Qarabağın statusunu - müstəqil dövlət olmasını və ya Ermənistana birləşməsini qəti olaraq "Qarabağ xalqı" müəyyən etməlidir.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, Sarkisyan daha sonra belə sərsəm fikirlər deyib:

"Mənim üçün hər şeydən mühümü Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təminatıdır. İnsanlar min illərlə yaşadıqları tarixi vətənlərində yaşamaq imkanına malik olmalıdırlar. Bu təhlükəsizliyi isə yalnız Azərbaycanın tərkibindən kənarda olduqda təmin etmək mümkündür. Əgər hansısa bədlikdən Dağlıq Qarabağ lap bircə günlüyə Azərbaycanın tərkibində olsa, orada bir erməni qalmayacaq. Hətta indi bütün dünya belə Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz, mümkün deyil. İnsanlar razılaşmaz. Söhbət gücdən getmir. Güc tətbiq edərək qarabağlı erməniləri məhv etmək olar, amma Azərbaycanın tərkibində yaşamağa inandırmaq olmaz. Azərbaycan rəhbərliyi bunu anlamalıdır. Əsas məsələ budur: bu insanları heç bir şəkildə Azərbaycanın tərkibində saxlamaq mümkün deyil".

Sarkisyan erməni əhalisinin min illərlə Dağlıq Qarabağda yaşadığını, ancaq sovetləşdirmə zamanı vilayətin zorla Azərbaycana birləşdirildiyi kimi xülya da işlədib: "Naxçıvanı da belə etdilər. Bu gün orda bir ermıəni belə qalmayıb. Orda erməni mədəniyyəti tamamilə məhv edilib".

Sarkisyan deyib ki, Qarabağ münaqişəsinin tənzimlənməsini Cənubi Qafqazın kiçik bir region olmasına baxmayaraq, burada müxtəlif maraqların kəsişməsi daha da mürəkkəbləşdirir. Bu maraqlar münaqişəyə təsir göstərməyə bilməz.

"Əminən ki, danışıqlar prosesinə vahid yanaşma mümkün olsa, həll yolu tapılar. Ancaq dünya inkişaf edir. Elə bir regional problem yoxdur ki, digər ölkələr ona öz milli mənafeləri prizmasından baxmasınlar" - Sarkisyan deyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı