Azərbaycan İdeyası

Avtomobilinə plyonka vuranların NƏZƏRİNƏ! – VİDEO

Tarix:5-11-2019, 14:47
Baxış Sayı:114


Son günlər sürücüləri qayğılandıran suallardan biri və bəlkə də ən birincisi pərdələrdən il boyu istifadəyə icazənin verilib-verilməyəcəyidir. Ötən illərdən fərqli olaraq, bu il pərdə və jaluzlərdən çox, plyonkalı maşınlar daha çox gözə dəyir.
ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Elməddin Müradlı – Yol nəqliyyat üzrə eskpert: “Bu gün avtomobilinin dörd tərəfini bağlayan sürücülərə də rast gəlinir. Bütün bunlar yol polisinin gözü qarşısında baş veririr. Arxa şüşələrinə pərdə yerinə plyonka vuran sürücülər də var. İndi onlar da narahatdır ki, ayın 15-i bunu söküm, yoxsa yox?”.
Sürücü: “Tam plyonkalı maşınlar indi də var şəhərdə. Niyə cərimələmirlər bilmirəm?!”
Vəziyyəti qəliz edən məqam Azərbaycanın qoşulduğu beynəlxəlq konvensiyalar və ölkədə tətbiq edilən standartların ziddiyət təşkil etməsidir.
Avropa İqtisadi komisiyasının qəbul etdiyi etdiyi 43 qərar var ki, orada gösərilir; Sürücü özündən arxada qalan yan və arxa şüşələri tündləşdirə bilər. Bunun üçün isə onun qarşısına hər hansısa bir öhtəlik qoyulmayıb”.
Amma Yerli qaydalarda, yəni “AZƏRS” standartında bu şüşələrin tündəşdirilməsi üçün xüsusi ölçülər tətbiq edilir.
Elməddin Müradlı – Yol nəqliyyat üzrə eskpert: “Avtomobilin arxa yan şüşələri 40 faiz, tam arxa şüşə 100 faiz, alınlıq isə 25 faiz. Yol hərəkəti üzrə təklükəli bir şey deyil, qırmızı işığın tələbini pozmur, nəqliyyat vasitəsini sərxoş idarə etmir”.
Millət vəkili Çingiz Qənizadə, pərdə və plyonka ilə bağlı qadağanı düzgün saymır.
Çingiz Qənizadə - Milli Məclisin deputatı: “Yan qapılarda, yan şüşələrdə pərdə və plyonka heç bir problem deyil. Bilirsiniz ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Ləğv edilibsə, onun qərarları da qüvvədən düşüb. Düşməyibsə, biz kömək etməliyik ki, düşsün”.
Hələ ki, pərdələrdən istifadə ilə bağlı qaydalar öz qüvvəsində qalır. Qadağanın nə vaxt aradan götürüləcəyi isə, bəlli deyil...

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı