Azərbaycan İdeyası

Bu adlara da “quş” qoydular - SİYAHI

Tarix:18-11-2015, 10:01
Baxış Sayı:467

Son dövrlər valideynlər övladlarına ən çox tarixi adlar qoymaqda maraqlıdır.
"Korrupsiya və Qanun" saytının məlumatına görə bu sözləri Publika.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, uşaqlara “Alpər”, “Albars”, həmçinin türk mənşəli adlar qoymaq istəyirlər.
“Bu müraciətlərlə bağlı Terminologiya Komissiyasına məlumat verilir. Bəzən hər hansı adın mənşəyi məlum olmayanda araşdırırıq. Məqsədəuyğun hesab edilərsə, qoyulmasına icazə verilir. Son dövrlərdə tarixi şəxsiyyətlərin - Nizami, Fizuli, Vaqif, Məhsəti kimi adlar xatirə xarakterli qoyulur. Son dövrlər Məhsəti adının müəyyən qədər az qoyulması müşahidə edilir. Lakin Nizami, Vaqif, Fizuli kimi adlar ad sistemində daha çox öz əksini tapır. Bu həm də həmin şəxslərin xatirəsinə hörmət əlaməti olaraq qoyulur”.
S.Sadıqova onu da əlavə edib ki, bəzən valideynlərin seçdikləri adların qoyulmasına razılıq verilmir:
“Bu yaxınlarda “Kiar” adı ilə bağlı müraciət olmuşdu. Bu adın bu vaxta qədər adlar sistemində öz əksini tapmadığı və cizgi film qəhrəmanının adı olduğunu müəyyən edəndən sonra qoyulmasına razılıq verilmədi. Lakin “Tutma”, “Şüşəbənd”, “Cinayətkar”, “Stəkan” kimi adlar qoymaq istəyənlərə həm səslənməsinə, həm də mənasına görə icazə verilməyib. Hansı ki, bir vaxtlar “Kombayn”, “Ansambl”, “Limon” kimi adlar gülüş doğurduğuna görə qadağan edilmişdi. Son illər qızlara “Ayasofiya” adını qoymaq üçün müraciət olub, lakin buna razı olmamışıq. Çünki “Ayasofiya” “böyük kilsə” mənasındadır. Həmçinin məbədgah mənası da var və daha çox xristianlığa məxsusdur. Sofiya formasında verilməsi daha məqsədəuyğun hesab edilib. Bu da müdriklik mənası deməkdir. Dilin qloballaşma şəraitində qorunması üçün adların qoyulması nəzarətdə olmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı