Azərbaycan İdeyası

Dərman bazarında müəmmalı OYUN və ya adsız DƏyiRMANda...

Tarix:21-10-2015, 12:02
Baxış Sayı:455

"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə Yaxın gələcəkdə reseptlərdə dərmanların adlarının yazılmasına icazə verilməyəcək. Həkimlər resept yazarkən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adını, yəni təsiredici maddənin adını qeyd edəcəklər. Bununla bağlı müvafiq sənəd layihəsi hazırlanaraq aidiyyəti quruma təqdim olunub. Yeni qaydalar təsdiqləndikdən sonra reseptlər yalnız bu formada yazılacaq.
Reseptlərdə dərmanın ticari adı deyil, tərkibindəki təsiredici maddənin yazılmasının ilk növbədə həkimlərlə firmalar arasındakı işbirliyinə son qoyacağı bildirilir. İllərdir xəstələrin bu iki tərəfin maraqlarının qurbanı olmasını nəzərə alsaq, yenilik xeyli cəzbedici görünür. Lakin məsələnin digər tərəfləri barədə düşünəndə yeni qaydanın birmənalı şəkildə xəstələrin xeyrinə olmayacağı ehtimalları gündəmə gəlir.
Məsələn, yeni üsulla yazılmış reseptlə aptekə daxil olan xəstə asanlıqla aldadıla bilər. Belə ki, satışda eyni tərkibə malik və əlbəttə, müxtəlif qiymətdə onlarla dərman olacaq. Əczaçının isə bu məqamda kommersiya maraqlarından çıxış edib alıcıya ən bahalı dərmanı təqdim etməsi qaçılmazdır. Alıcı bu zaman digər dərmanların qiymətindən xəbərsiz olduğundan asanlıqla tora düşə bilər. Tora düşməmək üçün sizə çoxlu vaxt və enerji lazım olacaq ki, bir-bir aptekləri gəzəsiniz. Seçim etmək üçün diqqətli olmaq lazımdır.
Digər tərəfdən, bu gün apteklərdəki satıcıların heç də hamısı ixtisasca əczaçı olmur. Onların çox vaxt alternativ dərman məsləhət görməkdə tərəddüd etmələri, dərmanla bağlı adi suallara belə cavab verə bilməmələri bunu sübut edir. Dərmanların tərkibindən xəbərsiz aptek işçisinin eyni tərkibli dərman əvəzinə əks-tərkibli dərmanı təqdim etməsi qaçılmazdır. Axı bu işçilərin əksəriyyəti tibbdən uzaq insanlar olur.
Bir sözlə, hazırkı durumda aptek işçilərinin hazırlığı, reallıq yeniliyin alıcılara müsbət nələrsə vəd etməsini şübhə altına alır. Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Publika.az-a əvvəlcə tətbiq etmək istədikləri yeniliyin xəstələri bir sıra problemlərdən azad edəcəyindən danışıb:
“Artıq xəstə ticari adı ilə yazılmış hər hansı dərmanı apteklərdə axtarmaq məcburiyyətində qalmayacaq. Çünki apteklərdə eyni təsiredici maddəyə malik onlarla dərman olur. Bir ticari adda dərman olmasa belə, digər adda dərman tapa biləcək. Bu qaydalar təsdiqlənəndən sonra reseptlərdə yalnız beynəlxalq patentləşdirilməmiş adı olan və tərkibində 3 və daha çox təsiredici maddə olan dərmanların ticari adının yazılmasına icazə veriləcək.
P.Əzizbəyov eyni tərkibli dərmanların qiymətlərinin müxtəlif olmasına istehlakçılara əlavə problem yaratmayacağını deyib:
“Apteklərdə eyni təsiredici tərkibə malik müxtəlif ölkələrin istehsalı olan dövlət qeydiyyatına alınmış onlarla dərman vasitəsi var. Əlbəttə, bu dərman vasitələrinin qiymətləri də müxtəlifdir. Xəstə istənilən aptekə müraciət edib ona həkimin yazdığı təsiredici maddə üzrə dərman istəyə bilər. Bu zaman əczaçı ona həmin tərkibdə olan dərmanların siyahısını təqdim etməlidir. Xəstə büdcəsinə uyğun dərmanı seçə bilər”.
Bu zaman əczaçıların ən baha dərmanı təklif etməsinə gəldikdə, P.Əzizbəyov belə halların baş verəcəyini istisna etməyib:
“Əlbəttə, az da olsa, belə neqativ hallar yaşana bilər. Bu halların qarşısını almaq üçün Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görüləcək. Həmçinin dərmanın qiyməti alıcının büdcəsinə uyğun deyilsə, həmin aptekdən almayıb, başqasına müraciət edə bilər. Lakin bütün apteklərdə bu cür neqativ halların müşahidə olunacağını düşünmək doğru deyil”.
Əczaçıların əksəriyyətinin dərmanların tərkibindən xəbərsiz olduğundan xəstələrə normal xidmət göstərə bilməməsinə gəldikdə, nazirlik rəsmisi bunu əczaçının savadsızlığından irəli gəldiyini deyib. O, Səhiyyə Nazirliyi tərəfindən belə əczaçılara qarşı tədbirlərin görüldüyünü vurğulayıb:
“Əczaçı işlədiyi aptekdə hər hansı təsiredici maddəyə malik nə qədər dərmanın olmasını bilməlidir. Əgər hər hansı əczaçı tərkib barədə məlumatsızdırsa və alıcıya eyni tərkibli dərman verə bilmirsə, bu, onun savadsızlığından irəli gəlir. Həmin şəxslər əczaçı kimi fəaliyyət göstərməməlidir. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən tibb işçiləri ilə yanaşı əczaçılar da sertifikasiyadan keçirlər. Sertifikasiyadan keçməyənlər təkmilləşmə kurslarına cəlb olunurlar. Bu dəfə də imtahandan keçmədikləri halda, onların əczaçı kimi fəaliyyət göstərməsinə icazə verilmir. Bundan başqa, əczaçı da öz üzərində daim çalışmalıdır. Əczaçı alıcıya kömək etmədiyi halda, onlardan nazirliyin “qaynar xətt”inə müraciət oluna bilər. “Qaynar xətt”in nömrələri bütün apteklərin üzərində vurulub. Vətəndaşlar aptek rəhbərinə də bu barədə şikayət edə bilərlər”.

OXŞAR XƏBƏRLƏR
lalala 16 avqust 2023 07:48
  Жалоба     
Avec le développement de répliques de montres Rolex, un grand nombre de replique montre citoyens sont devenus obligés d’acheter Rolex montre replique maintenant. replique panerai Le fait est qu’ils sont très bien des accessoires de mode de base pour les hommes et les femmes. Ils ont des conceptions replique montre pas cher transparentes et les formes gravées que ce que vous pourriez imaginer. Ils sont des montres résilients et inébranlables. Ils sont incroyablement accessoires de mode inégalables et transparents. Ils sont replique iwc très à la mode, ainsi que des accessoires très verticaux.
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq