Azərbaycan İdeyası

Məleykə Abbaszadə valideynləri ittiham etdi — Müəllimə yol tapmaq üçün hər üsula əl atırlar

Tarix:30-11-2017, 16:00
Baxış Sayı:14 744

  Məleykə Abbaszadə valideynləri ittiham etdi — Müəllimə yol tapmaq üçün hər üsula əl atırlar


“Yazı işini yoxlayan insan olduqda bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar. Biz isə qiymətləndirməni elə tətbiq edirik ki, insan faktoru qiymətləndirməyə təsir etməsin”.
Korrupsiya-q.az " Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, imtahanlardakı yazı işlərinin yoxlanılması prosesinə insan faktoru iki formada təsir göstərə bilər: “Bunun biri o ola bilər ki, insan şüurlu şəkildə hansısa uşağa üstünlük verər. İkinci təsir odur ki, müəllim özü duzgün insan olsa da, onun bilik və bacarığı elədir ki, o, düzgün qiymətləndirməyi bacarmır. İlk İki il müəllimlər yazı işlərinin yoxlanılması işinə cəlb olunanda belə halların qarşısını necə almaq olar təhlükəsi var idi. Biz yazı işinin yoxlanılmasına müəllimə bu prosesə təsir göstərmək imkanı verməyən xüsusi proqram təminatı tətbiq etdik. Bu sistemlə də müəllim bilmir ki, kimin işini yoxlayır”.
M.Abbaszadə qeyd edib ki, imtahanlarda nəzərdə tutulan yeni növ tapşırıqlar kompüterlə yoxlanıla billər.
DŞ-nın sədri əlavə edib ki, ənənəvi testlərin yoxlanılmasında heç bir insan amili iştirak etmir: “Biz 2 günə 30-50 min uşağın “Cavab kartlarını” oxuyaraq nəticələri internetlə elan edirik. İndi yeni növ tədris proqramlarında nəzərdə tutulan tapşırıqları kompüterlə yoxlanıla bilər. “Süni intellekt” yarandıqdan və geniş tətbiq olunduqdan sonra bu, mümkün olacaq. Amma o da süni intellekt tətbiqi olunduqdan sonra ilk dəfə olaraq, ingilis dili üzrə, daha sonra digər dillərə keçə biləcək. Bu isə bizdən asılı olmayan prosesdir.
.

OXŞAR XƏBƏRLƏR
trust online pharmacy 2 aprel 2022 22:41
  Жалоба     
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ