Azərbaycan İdeyası

İftarda şərbətə görə düşən mübahisə faciə ilə bitdi

Tarix:7-05-2020, 16:00
Baxış Sayı:113


Şərbətin çox şirin hazırlanması faciəyə səbəb olub.

Hadisə Pakistanın Peşəvər şəhərində iftar zamanı baş verib.

Yerli “Samaa” televiziyası xəbər verir ki, ailə üzvləri müqəddəs Ramazan ayında iftar süfrəsi arxasında əyləşiblər. Məhəmməd İşak bacısı Mismatı və qardaşı Hüseyni şərbəti zay etməkdə günahlandırıb.

Mübahisə ailə faciəsi ilə bitib. M.İşak silahdan açdığı atəşlə bacısını və qardaşını ağır yaralayıb. Bundan sonra hadisəni törədən şəxs evdən qaçıb.

Səs-küyə gələn qonşular yaralıları xəstəxanaya çatdırsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Maraqlıdır ki, qanlı insident barədə polisə izahat verən ata hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini söyləyib: “Bu, Allahın iradəsi idi...”

Ailə başçısı əlavə edib ki, hadisəni törədən oğlunun körpə uşaqları var.

Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, adətən, valideynlər övladlarını həbsdən xilas etmək üçün bu cür açıqlamalar verirlər.

OXŞAR XƏBƏRLƏR
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təsdiq edildi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır