Azərbaycan İdeyası

Virusa yoluxan Tofiq Əzimov: “Mən də koronavirusa inanmırdım, amma o, çox məkrli imiş”

Tarix:13-05-2020, 15:44
Baxış Sayı:96


Bu gün Rusiya koronavirus xəstələrinin ən çox aşkar olunduğu üç ölkədən biridir. Bu ölkədə 242 271 COVID-19 infeksiyasına yoluxma halı təsdiq edilib.
Media.Az Moskvada yaşayan, Regional və Siyasi-İqtisadi Problemlər İnstitutunun direktoru Tofiq Əzimovla söhbət edib.

Həmyerlimiz bu yaxınlarda koronavirusa yoluxub.

- Bu nə vaxt baş verdi?

- Aprelin 5-də bir az narahatlıq, boğaz ağrısı və zəiflik hiss etdim. Evə həkim çağırdım, mənə koronavirus testi etdilər. Amma ilkin mərhələdə bronxit diaqnozu qoydular. Həkim antibiotik kursu təyin edib getdi. Həyat yoldaşım profilaktik məqsədlə, xəstəliyin əlamətləri olmasa da, antibiotik qəbul etmək qərarına gəldi. Ancaq ilk həbi qəbul edən kimi özümü pis hiss etdim və ishal başladı. Bağırsaq qripinə tutulduğumu düşündüm, mədəmə görə narahat olaraq, hətta qastroskopiya da etdirəcəyimi düşündüm. Koronavirusa yoluxduğum ağlıma belə gəlmədi.

- Koronavirus üçün testlərin nəticələri necə oldu?

- Onda nəticələr hələ hazır deyildi. Eyni zamanda, səhhətim pisləşməyə davam edirdi. Yenidən təcili yardım çağırdım, həkimlər mənə sistem qoşdu. Bundan sonra vəziyyətim bir az düzəldi, amma xəstəliyin məndən əl çəkmədiyini hiss edirdim. Aprelin 11-də vəziyyətim yenidən pisləşdi, professor tanışıma müraciət etdim. O, mənə gecikmədən təcili yardım çağıraraq xəstəxanaya getməli olduğumu dedi.

Həkimlər gələndə artıq gəzə bilmirdim. Təcili yardım maşınında mənə oksigen maskası verildi. Bundan sonra nə baş verdiyini praktiki olaraq xatırlamıram, bir də reanimasiyada oyandım. Daha sonra həkimin mənə dediyi kimi, xəstəxanaya qəbul olunan vaxt ağciyərlərimin parenxim toxumasının 60%-i prosesə cəlb olunmuşdu. Ağciyərləri nə qədər tez məhv etdiyini hiss etməməyiniz bu virusun olduqca məkrli olmasını göstərir. Yalnız kompüter tomoqrafiyasının nəticələri onların nə qədər acınacaqlı vəziyyətdə olduğunu təsdiqləyə bilir.

- Məgər ağciyərləriniz sizi narahat etmirdi?

- Ümumiyyətlə, narahat etmirdi... Heç bir ağrı, müəyyən bir nəfəs darlığı və ya digər simptomlar yox idi. Dəhşətli ishal, ürəkbulanma, narahatlıq, 37 dərəcədən bir qədər yüksək temperatur və bir az boğaz ağrısı var idi.

- Həyat yoldaşınız da koronavirusa yoluxdu?

- Əlbəttə, o da yoluxmuşdu. Aprelin 5-də məndən koronavirus yaxması götürüləndə ondan da analiz alındı. Yalnız aprelin 16-da, artıq xəstəxanada olduğum müddətdə “Rospotrebnadzor”dan mənə zəng etdilər və testlərimizin nəticələrinin müsbət olduğunu bildirdilər. Təsəvvür edin, nəticələr 11 gün olmadı. Vaxtında təcili yardım çağırmasaydım, kim bilir, nələr olacaqdı... Bundan əlavə, xəstəlik pis keçməsəydi və evdə olmasaydım, bu günlərdə çox sayda insana virusu yoluxdura bilərdim. Xoşbəxtlikdən həyat yoldaşım xəstəliyi yüngül və simptomsuz keçirdi. O, evdə həkimlərin nəzarəti altında müalicə olunurdu, mütəmadi olaraq zəng edir və səhhəti ilə maraqlanırdılar.

- Hansı dərmanlarla müalicə olundunuz?

- Ən yaxşı tibb müəssisələrindən birində - I.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin klinikasında müalicə olundum. Ancaq virus yeni olduğundan və yaxşı öyrənilmədiyindən heç kim onunla davranış qaydalarını bilmir. Mənə QİÇS əleyhinə həblər, malyariya, antiviral preparatlar, antibiotiklər verdilər... Xoşbəxtlikdən terapiya istənilən effekti verdi, bu gün vəziyyətimi sabit adlandırmaq olar. 21 və 25 aprel tarixlərində ikinci dəfə test edildik. Aprelin 27-də xəstəxanadan çıxdım, amma iki həftə özünü təcrid etməyim tövsiyə olundu.

- Belə çıxır ki, sizdən üç dəfə yaxma götürülüb?

- Elədir. Qeyd edim ki, Moskva həkimləri testlərə etibar etmirlər. Onların sözlərinə görə, virusu yalnız 60% hallarda aşkar edirlər. Kompüter tomoqrafiyası bunu ən yaxşı şəkildə ortaya qoyur, real mənzərənin 96%-ni göstərir.

- Virusun varlığına inanmayan və lazımi təhlükəsizlik tədbirlərinə əməl etməyənlərə nə tövsiyə edirsiniz?

- Mən də koronavirusa inanmırdım, qoruyucu maskalar və əlcəklər olmadan gəzirdim. Onun mənə toxuna biləcəyini ağlıma belə gətirmirdim. Ancaq indi mövcud olduğunu dəqiq bilirəm. Buna görə, təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Reanimasiyada yatanda və ətrafında nə qədər süni tənəffüs aparatlarına qoşulmuş xəstələrin olduğunu görəndə qorxursan. Mümkünsə evdə qalın, əks halda, mütləq maska və əlcəklərdən istifadə edin. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb