Azərbaycan İdeyası

“O qan şəhidlərimizin hamısına qurban olsun” - Belçikadakı azərbaycanlı gənclər

Tarix:24-07-2020, 14:41
Baxış Sayı:64



Ötən gün Belçikada erməni təxribatı nəticəsində döyülən azərbaycanlı gənclər dostlarıyla canlı yayıma qoşulublar.

Korrupsiya-q.az Metbuat.az - a istinadən xəbər verir ki, təxribatda xəsarət alan Cahandar Zahidov (Yazar Mirzə Sakitin oğlu) və Rizvan Aslanov səhhətlərinin yaxşı olduğunu bildiriblər.
C. Zahidov dostlarının onun üzündə olan qana görə narahat olduqlarını vurğulayıb: “Hər şey qaydasındadır. O qan şəhidlərimizin hamısına qurban olsun. Biz nə etsək də Vətənə, bizi yetişdirən o torpağa, bizim uğrumuzda canlarından keçənlərə borcumuzu qaytara bilmərik. Xalqımızı səbrli olmağa çağırıram. Heç bir ölkədə hadisə törətməyin. Biz düşmənin qadınına, uşağına əl qaldırmarıq. Ancaq onlar bunu edirlər”.
Canlı yayımda iştirak edən R. Aslanov bildirib ki, təxribat törədən ermənilərdən çoxunun tutulduğunu qeyd edib. O xaricdə yaşayan azərbaycanlıları birlik olmağa, təxribatlara uymamağa çağırıb.
R. Aslanov yanındakı şəxsə işarə edərək ötən gün təxribatçı ermənilərin paylaşdığı videoda suya salınan şəxsin də yanlarında olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin məlumatına görə, artıq hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.
Xatırladaq ki, Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son günlər ərzində 25 ölkədə 56 aksiya keçirilib. Aksiyalar zamanı Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. (Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı