Azərbaycan İdeyası

Rusiya `qara qutu`nu açdı, hamı 21 dekabrı gözləyir

Tarix:18-12-2015, 15:18
Baxış Sayı:374




Türkiyə tərəfindən vurulan `Su-24` tipli rus təyyarəsinin `qara qutu`sunun açılması ilə bağlı ilkin məlumatlar dekabrın 21-də ictimaiyyətə təqdim ediləcək.
"Bu barədə Korrupsiya və Qanun" saytı `RİA Novosti`-yə istinadən xəbər verir.
“Sabah, dekabrın 19-u informasiyanın analizi və işlənməsi üzrə işlər həyata keçiriləcək. Bu işlərin yekunlaşmasından sonra bazar ertəsi əldə olunan məlumatlar barədə ictimaiyyət məlumat veriləcək”, - deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.
O, həmçinin qeyd edib ki, bu gün bərk informasiya daşıyıcısının qurğudan çıxardılması və onun texnoloji stendə montajı üzrə işlər aparılacaq.
Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı