Azərbaycan İdeyası

Ərdoğan: Azərbaycan öz torpaqlarını istəyir, başqa hər hansı tələb yoxdur - VİDEO

Tarix:14-10-2020, 15:59
Baxış Sayı:61


"Türkiyədə təxminən 100 minə yaxın erməni yaşayır. Onlar ölkəmizdə mövcud olan hər cür imkandan istifadə edirlər. Biz onlara qarşı neqativ münasibət göstərməmişik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.
"Amma ermənilər mənim azərbaycanlı qardaşlarımın torpaqlarını işğal ediblər, azərbaycanlı əhali torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Azərbaycan öz torpaqlarını istəyir, başqa hər hansı tələb yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa hələ də baş qatmaq taktikasından istifadə edirlər. Ortada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, həmsədrlər münaqişəni uzatmamalı, həmin torpaqları sahiblərinə qaytarmalıdır. Bir müzakirə 30 il müddətinə davam edə bilər? İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, mücahidləri guya Suriyadan Qarabağa göndəririk. Bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyi yenə də verəcəyik. Yaxşı, Rusiyadan, Fransadan Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız? Vətən mübarizəsi aparan Azərbaycana Allahdan güc, qüvvət və zəfər arzulayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı