Azərbaycan İdeyası

Paşinyan yenə sərsəmlədi PARLAMENTDƏ

Tarix:10-12-2020, 12:09
Baxış Sayı:76



Ötən gün Ermənistan parlamentində keçirilən hökumət saatında “Maarifçi Ermənistan” fraksiyasının deputatı Arkadi Xaçatryan baş nazir Nikol Paşinyana “Qarabağ münaqişəsinin həllində “artsax”, Ermənistan və Azərbaycan xalqlarının maraqlarını təmin edilməlidir” fikrində qalıb-qalmamasını soruşub və sual edib ki, o “artsax xalqının” öz müqəddəratını təyin etməsi hüququnu necə təsəvvür edir, həmçinin bu təyinetmə hansı sərhədlərdə nəzərdə tutulur – mövcud, tarixi, yoxsa müharibəyə qədərki sərhədlərdə?
Bu zaman Paşinyan verdiyi cavabı ilə hələ də sərsəm mövqeyini nümayiş etdirib və nə qədər həyasız fərd olduğunu verdiyi cavabı ilə sübuta yetirib.
“Hə, mən Qarabağın həllini Ermənistan, “artsax” və Azərbaycan xalqlarının maraqları əsasında həll olunması düşüncəsində qalmaqdayam”, deyən erməni baş nazir bildirib ki, əlavə suallar danışıqlar nüanslarıdır və onlar dəqiqləşdirilməlidir.
Göründüyü kimi, hələ müharibə zamanı Azərbaycana yeddi şərt irəli sürən Ermənistanın baş naziri məğllubiyyətdən sonra kapitulyasiya sənədinə imza atdı və bu gün onun siyasi, hətta fizki məhvi an məsələsinə çevrilib. Daha dəqiq desək, erməni xalqı Paşinyanın hakimiyyətdə qalmasına qarşı çıxmaqdadır. Amma o, siyasi ömrünü uzatmaqdan ötrü hələ də öz ucuz və heç vaxt qəbul edilməyən şərtlər üzərində qalmaqdadır. Daha dəqiq desək, Nikol Paşinyan heç bir ölkə tərəfindən tanınmayan və mövcud olmayan “artsax xalqı” ifadəsi ilə əslində gələcəkdəki danışıqlar prosesini (əgər hakimiyyətdə qala biləcəksə) Ermənistanın ziyanına dalana dirəmiş olur və unudur ki, Azərbaycan xalqının qərarını Azərbaycan dövləti təmin edir!

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Gürcüstanın qaranlığa qərq olmasının səbəbi: İlkin hesabatda Azərbaycanın adı çəkildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib