Azərbaycan İdeyası

Qarabağda "müharibə" qızışır - Paşinyana GÖZLƏNİLMƏZ ZƏRBƏ

Tarix:12-06-2019, 12:48
Baxış Sayı:163


Ermənistanda Paşinyan hakimiyyəti ilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejim arasında qarşıdurma davam edir.
KOrrupsiya-q.az xəbər verir ki, dünən separatçı rejimin “rəhbəri” Bako Saakyan “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı vəzifəsindən kənarlaşdırdı. Buna səbəb Paşinyanın hakimiyyətinin separatçılara maliyyə yardımını davam etdirmək üçün Balasanyanın qovulmasını şərt kimi irəli sürməsidir.
Balasanyan “Qarabağ klanı”nın əsas firuqlarındandır və o, Paşinyana qarşı açıq mətnlə çıxışlar edib. Nikol Paşinyan isə bildirib ki, Balasanyan da daxil olmaqla Qarabağdakı separatçı rejimin hərbi rəhbərliyi Azərbaycanla müharibəni körükləmək istəyirlər.
Saakyan maliyyəni almaq üçün Paşinyanın şərtini yerinə yetirdi, lakin eyni gündə əks-həmlə də etdi. Belə ki, separatçı lider “fövqəladə hallar naziri” Levon Mnasakanyanı “polis rəisi” təyin etdi. Mnasakanyan separatçı rejimdə “müdafiə naziri” idi. Onun bu postdan uzaqlaşdırılmasını da Paşinyan istəmişdi. Çünki Mnasakanyan Paşinyan hakimiyyətinə qarşı “əraziləri Azərbaycana qaytarmaq” ittihamı irəli sürmüşdü.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı