Azərbaycan İdeyası

Moskvada bu gündən gecə əyləncə həyatı bərpa olunur

Tarix:27-01-2021, 14:01
Baxış Sayı:58


Rusiya paytaxtının rəhbərliyi bu gündən etibarən iaşə müəssisələrinin, klubların, diskotekaların və digər əyləncə təşkilatlarının gecə işinə qoyulan məhdudiyyəti ləğv edib.
“Zvezda”nın məlumatına görə, bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib.
Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gecə məkanlarının “Rospotrebnadzor” (Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) tərəfindən təsis edilmiş sanitar-epidemioloji rejimə və müştərilərin yerləşdirilmə tələblərinə riayət etmək məcburiyyətində qaldıqları vurğulanıb.
S.Sobyaninin sözlərinə görə, fevralın 6-na qədər Təhsil və Elm Nazirliyi ilə ali məktəblərdə tədrisin yeni formatı barədə də qərar veriləcək.
Bundan başqa Moskvada işçilərin ən azı 30% -nin uzaqdan iş rejiminə keçirilməsi tələbi ləğv edilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı