Azərbaycan İdeyası

Türk əsgəri Qarabağda: nələr dəyişəcək?

Tarix:28-01-2021, 11:52
Baxış Sayı:46


Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması mühüm hadisədir. Artıq təkcə Rusiya deyil, Türkiyə də Qarabağda atəşkəsə nəzarət edəcək.
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri axar.az-a politoloq Teymur Qasımlı Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması haqda danışarkən deyib.
O bildirib ki, Birgə Monitorinq Mərkəzində Türkiyə ilə Rusiya eyni səlahiyyətlərə malik olmalıdır: “Bu, çox vacib məsələdir. Tərəflər eyni səlahiyyətlərə malik olsa, bu, Mərkəzin fəaliyyətini daha məhsuldar edər. Təbii, istərdik, regionda Rusiya kimi Türkiyənin də sülhməramlıları olsun və iki ölkə bu missiyanı birlikdə həyata keçirsin. Bu, nəzərdə tutulmasa da, Mərkəzin fəaliyyəti, tərəflərin birgə işləmək təcrübəsi və əldə ediləcək uğurlu nəticə ola bilsin, gələcəkdə bu məsələnin də reallaşmasına gətirib çıxarsın”.
Politoloq deyib ki, rəsmi Bakının Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən gözləntiləri böyükdür: “Birincisi, hazırda rəsmi Bakını narahat edən başlıca məsələ Ermənistan rəsmilərinin Xankəndiyə səfərlər etməsidir. Bu, həm mövcud sülhün pozulması, həm də gərginliyin yenidən artmasına səbəb ola bilər. Azərbaycan tərəfinin mövqeyi bəllidir. Bu mənada Mərkəzdən başlıca gözlənti bu səfərlərin qarşısının alınmasıdır. Türkiyənin bu istiqamətdə nələrsə edib-etməyəcəyini indidən demək çətindir, lakin Mərkəz bu məsələnin üzərinə düşməlidir.
İkincisi, son günlər rus sülhməramlıları ilə bağlı bəzi xoşagəlməz hallar yaşanır. Rəsmi Bakı vaxtında reaksiya versə də, Mərkəzin də nəzarət mexanizmini gücləndirməsi vacibdir.
Üçüncüsü, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması vacib prosesdir. Bu məsələ də Mərkəzin nəzarətində baş verməlidir”.

NOCOMMENT

OXŞAR XƏBƏRLƏR
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur