Azərbaycan İdeyası

Sarkisyanı Fransaya gedərkən öldürmək istədilər

Tarix:23-12-2015, 14:08
Baxış Sayı:418

Sarkisyanı Fransaya gedərkən öldürmək istədilər




Noyabr ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) zərərsizləşdirdiyi cinayətkar dəstə dövlət qurumlarını ələ keçirmək və ölkə prezidentinin təyyarəsinə hücum etməyi planlaşdırıb.
"Korrupsiya və Qanun" saytı erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti məlumat yayıb.
“Cinayətkar dəstə beş altqrupa malik olub. Onlar eyni vaxtda prezident iqamətgahı, parlament, Konstitusiya Məhkəməsi və teleqülləni ələ keçirməyi planlaşdırırmış. Əsas məqsədi isə Fransaya səfərə hazırlaşan Ermənistan prezidentinin təyyarəsini partlatmaq olub.
Qeyd edək ki, Serj Sarkisyan noyabrın 29-da BMT-nin iqlim dəyişiklikləri üzrə sammitində iştirak etmək üçün Fransa paytaxtına yollanıb.
Xatırladaq ki, noyabr ayının 25-də İrəvanın Nork Maraş inzibati bölgəsinin 9-cu küçəsində yerləşən evlərdən birində terror fəaliyyətinə tam hazır olan, partladıcı maddə və xüsusi paltarla təchiz olunmuş vəziyyətdə 3 qız, 7 oğlan olmaqla - on nəfərə qədər silahlı dəstə aşkar olunaraq zərərsizləşdirilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı