Azərbaycan İdeyası

Əliyev-Sarkisyan görüşü dekabrda olacaq

Tarix:19-11-2015, 12:45
Baxış Sayı:423

Əliyev-Sarkisyan görüşü dekabrda olacaqƏliyev-Sarkisyan görüşü dekabrda olacaq



“Bu görüşün hansı gün keçiriləcəyi barədə qəbul olunmuş qaydalar üzrə məlumat veriləcək”.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox güman ki, dekabrın əvvəlində baş tutacaq.
Korrupsiya və Qanun" saytı Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə erməni parlamentinin vitse-spikeri, hakimiyyətdə olan “Ermənistan Respublika partiyası”nın mətbuat katibi Eduard Şarmazanov partiyanın iclasından sonra bildirib.
“Prezidentlərin görüşü yaxın həftələrdə baş tutacaq. Dekabrın əvvəlində Əliyev-Sarkisyan görüşünün mümkün olacağını güman edirəm. Bu görüşün hansı gün keçiriləcəyi barədə prezident aparatı qəbul olunmuş qaydalar üzrə xəbər verəcək”, - Şarmazanov deyib.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriye (Fransa) 26-28 oktyabr tarixlərində münaqişə regionuna səfər ediblər.
Səfərin nəticələrinə görə vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin ilin sonuna qədər yüksək səviyyədə görüş keçirməyə hazır olduqlarını təsdiqləmələri barədə bəyanatla çıxış ediblər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı