Azərbaycan İdeyası

Nyu-Yorkun “Times” meydanında Novruz şənlikləri

Tarix:21-03-2021, 14:30
Baxış Sayı:46


Həmyerlilərimiz ABŞ-da Novruz bayramını qeyd ediblər.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, bayram münasibətilə ABŞ-ın Nyu-York şəhərinin “Times” meydanında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib.

Novruz bayramı ərəfəsində Azərbaycanın adət-ənənələrini və milli rəqslərini ABŞ ictimayyətinə, turistərə tanıtmaq məqsədi ilə reallaşan layihə Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdərəlinin təşəbbüsü, Bruklin rayonunda fəaliyyət göstərən “Mənim yolum” ("My way") - Uşaq İnkişaf Mərkəzinin direktoru Alyona Bədəlovanın dəstəyi ilə baş tutub.

Nyu-York-da Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, milli musiqisini və rəqslərini qoruyub saxlayan, təbliğ edən “Mənim yolum” Uşaq İnkişaf Mərkəzinin şagirdləri hər gün minlərlə turistin ziyarət etdiyi “Times” Meydanında rəqs ediblər.

Onlar milli geyimləri və göz oxşayan rəqsləri ilə iki saat ərzində bir neçə müxtəlif rəqs kompozisiyaları nümayiş etdiriblər. Məktəbli rəqqasların uğurlu performansları meydanı ziyarət edən insanların diqqətini çəkib. Rəqqasları maraqla izləyən ziyarətçilər onları alqışlayıb, foto və videolarını çəkiblər.Nyu-Yorkun “Times” meydanında Novruz şənlikləri

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı