Azərbaycan İdeyası

Vaşinqtonda Həmrəylik Günü

Tarix:24-12-2018, 13:20
Baxış Sayı:1 274

 Vaşinqtonda Həmrəylik Günü


Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Olaylar.az bildirir ki, bayram günü tədbirdə məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar da iştirak edib.
Tədbir zamanı aparıcılar iştirakçıları salamlayıb və xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ediblər. İlk olaraq şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət himni ifa olunub. Daha sonra "Yeni il gəldi" mahnısını ifa edərək Şaxta babanın tədbirə gəlişini böyük sevinclə qarşılayıblar. Şaxta baba öz təbriklərini çatdıraraq auditoriya qarşısında çıxış edən şagirdlərin çıxışını izləmişdir. Tədbir zamanı Həmrəylik gününə həsr olunmuş milli ruhda Azərbaycan haqqında şeirlər söylənilmiş, "Nəlbəki", "Uzundərə", "Turacı" milli rəqsləri nümayiş olunmuşdur. Şagirdlərin ifaları alqışlarla qarşılanmışdır. Bundan əlavə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik videoçarxı hazırlanmışdır.
Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilmiş, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqları cəlb olunmaqla məktəbdə mili dəyərləri aşılanır, Azərbaycan dili dərsləri keçirilir və Azərbaycan milli bayramlarını birlikdə qeyd etmək imkanını yaradır. 2018-ci il ərzində Novruz bayramı, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə əlaqədar tədbirlərlə yanaşı şagirdlər Corc Vaşinqton Universiteti nəzdində Tekstil muzeyində təşkil edilən Azərbaycan Mədəniyyət Günündə də çıxış ediblər.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı