Azərbaycan İdeyası

Merkeldən xəbərdarlıq: “Vaxt azdır, dövlətlər hərəkətə keçməlidir”

Tarix:30-03-2021, 08:40
Baxış Sayı:89



Almaniya kansleri Angela Merkel COVID-19 epidemiyasında üçüncü dalğanı qırmaq üçün mart ayının əvvəlində əyalət baş nazirləri ilə birlikdə alınan qərarların təsirli və sürətli şəkildə həyata keçirilməli olduğunu deyib.

Bu barədə o ARD televiziyasında yayımlanan “Anne Will” verilişində bildirib: “Dövlətlərin hərəkətə keçməsinə ehtiyacı var”.

Merkel əyalət baş nazirlərinin yoluxma sayını azaltmaq üçün təsirli vasitələrə sahib olduqlarını vurğulayıb və bunlardan istifadəni tələb edib.

Almaniya kansleri əyalət baş nazirlərinin tədbir görməyəcəyi təqdirdə İnfeksiya Qanununda dəyişiklik edə biləcəklərini deyib.

O, mutasiyaya uğramış COVID-19 növlərinə işarə edərək yeni epidemiya ilə qarşılaşıldığını, bu yeni virusun daha aqressiv, daha yoluxucu və daha ölümcül olduğunu vurğulayıb: “Vaxtımız çox azdır”.

Almaniyada həftəlik yoluxma sayı yanvar və fevral aylarının əvvəllərində azalsa da, fevral və mart aylarının sonlarında yenidən sürətlə artmağa başlayıb. Bu artımın mutasiyaya uğramış və sürətlə yayılan COVID-19 növlərindən qaynaqlandığı bildirilir.


Merkeldən xəbərdarlıq: “Vaxt azdır, dövlətlər hərəkətə keçməlidir”

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı