Azərbaycan İdeyası

Təbriz xəstəxanası azərbaycanlı körpənin meyitini vermir

Tarix:21-01-2016, 17:41
Baxış Sayı:387

Təbriz xəstəxanası azərbaycanlı körpənin meyitini vermir




Təbrizdə xəstəxanada ölən 10 aylıq azərbaycanlı körpənin meyiti valideynlərinə verilmir.
"Korrupsiya və qanun" saytı bildirir ki, bunu AzVision.az-a mərhumun əmisi Şəhriyar Dadaşov deyib. Onun sözlərinə görə, qardaşı oğlu Dadaşzadə Qorqud Rövşən oğlu dünən günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində "Kudakan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb və hazırda həkimlər 3200 manat borcu əsas gətirib, uşağın cəsədini verməkdən imtina edirlər.
Ş. Dadaşov qeyd edib ki, həkimlər əvvəlcədən uşağın müalicə xərci ilə bağlı onlara dəqiq bir söz deməyib. Belə ki, uşaq hələ sağ olanda həkimlər konkret məbləğ açıqlamayıb: `Uşaq öləndən sonra dedilər ki, sizin xəstəxanaya 15 min 500 manat borcunuz var. İranda hansısa xeyriyyə cəmiyyəti bu məbləğin böyük hissəsini ödəyib. Bəs sizin 3200 manat borcunuz var. Borcu ödəyəcəyiniz təqdirdə uşağın cəsədini verə bilərik`.
Ş. Dadaşov bildirib ki, bir həftə bundan əvvəl uşaq İranda sağalmışdı və qaraciyər və dalağındakı şiş çəkilmişdi: `Sonra dedilər ki, uşağa infeksiya düşüb. Həkimlər özləri deyir ki, uşaq gətirilən diaqnozla ölməyib. Xəstəxanada uşağın ağciyərinə infeksiya düşüb. Bundan başqa, 2-3 gün ərzində xəstəxanadakı bir neçə uşaq da həmin xəstəlikdən ölüb`

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı