Azərbaycan İdeyası

Xalq artisti qızının sürücüsündən uşaq dünyaya gətirməsindən danışdı

Tarix:6-11-2015, 12:34
Baxış Sayı:579

"Korrupsiya və Qanunm" qəzeti Lent.Az-a istinadən xəbər verir ki, xalq artisti Rafeal Dadaşov qızı Səidə Dadaşovanın ailə qalmaqalına münasibət bildirib. O, bildirib ki, qızının ailəsi ilə bağlı açıqlama vermək hüququna malik deyil:
“Mən qızımın şəxsi həyatı barədə heç nə deyə bilmərəm. Qızım özü bilər. Onun işinə qarışa bilmərəm. Özləri problemlərini həll edirlər. Mən yox”.
Qeyd edək ki, S.Dadaşova açıqlamasında bilirmişdi ki, ikinci dəfə ərə gedib və uşaq dünyaya gətirib. Bu gün isə S.Dadaşovanın ailə qurduğu Məhəmməd adlı bəyin birinci həyat yoldaşı Aysel adlı xanım BİG.az-a açıqlama verərək bildirib ki, müğənni onun ailəsini dağıdıb:
“Məhəmməd Səidənin sürücüsü işləyirdi. Ürəyiniz nə vaxt istəsə, mən sizə nikah kağızımı, ailə fotolarımı yollayım. Lap Məhəmmədin öz bacılarını, kimi istəyirsiniz gətirim, özünüz soruşun. Nikahlı həyat yoldaşımdan uşaq peydahlayıb. Mənim yoldaşımın əvvəllər Səidə xanımla əlaqəsi olub. Səidə yüngül həyat tərzi sürən qadındı. Mənim səviyyəmə yaraşmaz onun haqqında danışım. Səidə mənə dedi ki, Məhəmməd mənim qardaşımdı, ürəyinə heç nə pis şey gəlməsin. Dedi ki, heç insan da öz qardaşına tamah salarmı?! Səidə bu sözləri mənə üzbəüz deyib. Qadın da evli adamdan uşaq həyata gətirər?! Düzdür onlar üçün evli adamla əlaqə yaratmaq adi bir şeydi, amma mənə qəribə gəlir”.
f PaylaşSəsləndir

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı