Azərbaycan İdeyası

Putinin 40 milyardlıq sərvəti

Tarix:26-01-2016, 14:23
Baxış Sayı:413

Putinin 40 milyardlıq sərvəti



ABŞ-dan Rusiya prezidentinə korrupsiya ittihamı ABŞ rəhbərliyi Rusiya prezidenti Vladimir Putini korrupsiyada ittiham edib. Teleqraf.com xəbər verir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Adam Şubin məlumat verib. O, BBC telekanalına müsahibəsində Putin çox sərt ittiham edib: “ABŞ hökuməti uzun müddətdir bunu bilir. Rəsmi Vaşinqton 2014-cü ildə Putinin yaxın ətrafındakı bir neçə nəfəri korrupsiyada ittiham edərək, onlara qarşı sanksiya tətbiq edib və Putinin enerji sektorunda gizli investisiyalarının olduğunu bildirib. Ancaq o zaman ABŞ Putini korrupsiyada ittiham etməkdən yayınmışdı. Onun yaxın dostlarını necə varlı etdiyini və dost saymadığı insanları dövlət vəzifələrindən uzaqlaşdırdığını gördük. Putin ona xidmət edənləri Rusiyanın enerji sektorunda və başqa sahələrdə mühüm vəzifələrə təyin edir, dost saymağı şəxsləri isə vəzifədən uzaqlaşdırır. Bu mənim üçün korrupsiya faktıdır”. Şubin Putinin 40 milyard dollar sərvətinin olduğunu deyib: “İllik 110 min dollar maaşı olduğunu deyirlər. Bu onun sərvətini açıqlamır. Uzun müddətdir həqiqi sərvətini ustalıqla gizlətməyi bacarıb”. Putinin sözçüsü Dimitri Peskov BBC-yə açıqlamasında deyib ki, bu sualların heç birinə cavab verməyə ehtiyac yoxdur, çünki bunlar cəfəngiyyatdır. Faktın açıqlanmasından sonra “BBC One” telekanalı Riçard Biltonun müəllifi olduğu “Putinin gizli sərvəti” filmini nümayiş etdirib. Müəllif bu məsələni araşdırmaq üçün vaxtilə Kremldə mühüm vəzifə tutmuş şəxslərlə söhbətlər aparıb. Onlar təsdiq ediblər ki, Putin sərvətini hamıdan gizlədir. Film müəllifinin gəldiyi nəticəyə görə, Vladimir Putin - Aropanın və dünyanın ən varlı insanları sırasında ilk yerlərdən birini tutur. O, 40 milyard dollar sərvətə malikdir. Qeyd edilir ki, Putinin İspaniyada daşınmaz əmlakı var. Bununla bağlı filmdə Ədliyyə nazirliyinin polkovnik-leytenantı Andrey Zıkov danışıb. O bildirib ki, İspaniyadakı mülkün tikintisi üçün maliyyə “İyirminci əsr” korporasiyası tərəfindən bu ölkəyə çatdırılıb. Adı çəkilən korporasiya rəhbərliyi barədə bir müddət sonra büdcə vəsaitlərinin oğurlanması faktı üzrə cinayət işi açılıb. Cinayət işi Zıkov tərəfindən araşdırılıb. O təsdiq edib ki, bu korporasiya tərəfindən pulların mənimsənilməsində şəxsən Putinin əli olub. Filmdə rusiyalı biznesmen Maks Fridzon Putini “Fridzon” neft şirkətinin gəlirlərinin 4%-ni zorla mənimsəməkdə ittiham edib: “Kompaniya “Pulkovo” aerportunun tikintisi ilə bağlı hüququ qazandı. Putin əvvəlcədən 15% faiz haqq tələb etdi. Ancaq bu heç bir sənəddə öz əksini tapmamışdı. Kreml də bu ittihamları rədd edir". Rusiyanın “Sovkomflot” gəmiçilik şirkətinin keçmiş rəhbəri Dmitri Sakat da filmdə bir sıra faktları açıqlayıb. O deyib ki, 2002-ci ildə Putin məşhur milyarder Roman Abramoviçdən 45 milyon dollar dəyərində olan “Olimpiya” yaxtasını alıb: “Yaxta hasilat şirkətlərindən biri tərəfindən Putinə təqdim edildi. Ancaq yaxtanın əsl sahibi prezident özü idi. Yaxtanın cari xərcləri də Rusiya büdcəsindən ödənilirdi. Prezidentin dostu Gennadi Tımçenko tez-tez yaxtaya qonaq gəlirdi. Ancaq Tımçenkonun vəkilləri bunu təkzib edib”. - See more at: http://teleqraf.com/news/85062#sthash.7PCk8DNd.dpuf

OXŞAR XƏBƏRLƏR
14 dərəcəyədək şaxta var
14 dərəcəyədək şaxta var
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Hazırda qar yağan rayonlar - FAKTİKİ HAVA
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd