Azərbaycan İdeyası

Bu ölkə İŞİD-i bombalamaqdan imtina etdi

Tarix:9-02-2016, 10:49
Baxış Sayı:393

Bu ölkə İŞİD-i bombalamaqdan imtina etdi



Kanada hökuməti öz silahlı qüvvələrinin İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı beynəlxalq koalisiyada iştirakına son vermək niyyətindədir.
"Korrupsya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, bu barədə Ottavada çıxışı zamanı Kanadanın baş naziri Castin Tryudo bildirib.
Tryudonun sözlərinə görə, Kanadanın koalisiyada missiyası fevralın 22-i bitib. Bu arada Kanada hərbi təlimatçıların sayının artırılması hesabına İraqdakı silahlı qüvvələrin sayını artırmaq niyyətindədir. `CBC` telekanalının məlumatına görə hazırda İraqda 600 Kanada hərbçisi və təxminən 70 xüsusi təyinatlı var.
Castin Tryudo Kanadanın humanitar missiyalarda iştirakını davam etdirəcəyini bildirib.
Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Elə həmin il iyunun ayının sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib.
İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı