Azərbaycan İdeyası

Qaçqın ailəsində faciə: zorlanan 9 aylıq körpəsi öldü

Tarix:25-08-2016, 11:10
Baxış Sayı:615

Qaçqın ailəsində faciə: zorlanan 9 aylıq körpəsi öldü
Türkiyənin Qaziantep şəhərində təcavüzə məruz qalmış 9 aylıq körpə, hadisədən 5 gün sonra daxili qanaxma səbəbindən həyatını itirib. Tarlada çalışan anası 9 aylıq qızına təcavüz edən şəxsi görmədiyini deyib. 9 aylıq körpə bu gün müalicə aldığı xəstəxanada arxasında insanlıq üçün böyük bir utanc qoyaraq dünyasını dəyişib.

Xatırladaq ki, hadisə vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan suriyalı ailənin başına gəlmişdi. 5 gün öncə Qaziantepdə tarlada işə başlayan suriyalı qadın, körpəsini çadıra qoyaraq bir neçə metr oradan uzaqlaşıb. Ana geri döndüyündə şok yaşayıb. Ailə körpənin təcavüzə məruz qaldığını görərək dərhal İslahiye Dövlət xəstəxanasına üz tutublar. Hadisəni ilk olaraq "BirGün" qəzetinin müxbiri Hüseyn Şimşek sosial şəbəkələrdə paylaşıb.

Məlumat yayıldıqdan sonra məsələ böyüyüb. Jurnalist isə təhqir və təhdidlərlə üzləşib. Qatı dindar olduğu iddia edilən bəzi şəxslər onu qiyamçı, araqarışdıran, qələmi olan terrorçu adlandıraraq jurnalisti hədələyiblər. Polis və jandarma körpəyə təcavüz edən şəxsi hələ də axtarır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı