Azərbaycan İdeyası

Yaponiyada sakinlər "F-35" qırıcılarının səs-küyünə görə məhkəməyə müraciət etdilər

Tarix:28-07-2026, 12:30
Baxış Sayı:2

Yaponiyada sakinlər "F-35" qırıcılarının səs-küyünə görə məhkəməyə müraciət etdilər
Yaponiyanın Miyadzaki prefekturasının 370-dən çox sakini Nyutabaru aviabazasında ən yeni "F-35B" döyüş təyyarələrinin gecə və səhərin erkən saatlarında uçuşlarının qadağan olunması tələbi ilə kollektiv iddia qaldırıb.

Bu barədə Rusiya mətbuatında informasiya yayılıb.

Vətəndaşlar həmçinin səs-küyün yaratdığı ziyana görə dövlətdən kompensasiya ödənilməsinə nail olmaq istəyirlər.

"F-35B" beşinci nəsil döyüş təyyarələri hazırda modernizasiya edilən Yaponiyanın iki təyyarədaşıyan gəmisinin təchizatı üçün nəzərdə tutulub.

Nyutabaru bazasında bu cür qırıcılardan 8 ədədi yerləşsə də, gələcəkdə onların sayının 42-yə çatdırılması planlaşdırılır. İddiaçıların əsas şikayəti "F-35B"lərin aviadaşıyıcı gəminin göyərtəsinə şaquli enişi məşqləri zamanı yaranan səs-küylə bağlıdır.

2017-ci ildə də Miyadzaki şəhər dairə məhkəməsinə analoji iddia təqdim edilmişdi. Həmin vaxt məhkəmə yerli sakinlərə 1.2 milyon dollardan çox məbləğdə kompensasiyanın ödənilməsi barədə qərar qəbul etmişdi. Lakin uçuşların dayandırılması ilə bağlı tələblər bütün məhkəmə instansiyaları tərəfindən rədd edilmişdi.

Hazırda Yaponiya Hərbi Hava Qüvvələrinin arsenalında 55 ədəd "F-35" (adi aerodromlar və aviadaşıyıcılar üçün nəzərdə tutulan iki modifikasiyada) təyyarəsi var. Ümumilikdə Tokio bu tipli 147 qırıcıya sahib olacaq ki, bu da Vaşinqtonun hər hansı digər müttəfiqi ilə müqayisədə ən yüksək göstəricidir.

OXŞAR XƏBƏRLƏR
Vladimir Putin İlham Əliyevə zəng edib
Vladimir Putin İlham Əliyevə zəng edib
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Yaponiyada sakinlər "F-35" qırıcılarının səs-küyünə görə məhkəməyə müraciət etdilər
Yaponiyada sakinlər "F-35" qırıcılarının səs-küyünə görə məhkəməyə müraciət etdilər
Küləkli hava şəraiti ilə bağlı Bakıda aşan ağacların SAYI MƏLUM OLDU
Küləkli hava şəraiti ilə bağlı Bakıda aşan ağacların SAYI MƏLUM OLDU
Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI
Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI
Britaniyada milyonçuların sayında KƏSKİN AZALMA: G7 ölkəsində nə baş verir?
Britaniyada milyonçuların sayında KƏSKİN AZALMA: G7 ölkəsində nə baş verir?
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan nefti kəskin ucuzlaşdı