Azərbaycan İdeyası

Tacikistan hökuməti saqqal və hicab qadağası ilə bağlı iddialara aydınlıq gətirdi

Tarix:29-07-2026, 12:30
Baxış Sayı:0

Tacikistan hökuməti saqqal və hicab qadağası ilə bağlı iddialara aydınlıq gətirdi
Tacikistan hökuməti ölkə ərazisində uzun saqqal saxlamağa və hicab geyinməyə qanunvericilik səviyyəsində heç bir qadağa tətbiq etməyib.

Bu barədə rəsmi məlumatlara istinadən "Asiya-plyus" portalı xəbər yayıb.

Rəsmi açıqlamaya səbəb bəzi kütləvi informasiya vasitələrində ölkədə kişilərin uzun saqqal saxlamasının, qadınların isə hicab tipli dini geyimlər geyinməsinin artıq yolverilməz olduğu barədə iddiaların yayılması olub.

"Tacikistan vətəndaşlarının dini hüquq və azadlıqlarının təmin olunması vəziyyəti bəzi KİV və müxtəlif təşkilatların təqdim etdiyi kimi deyil. Ölkədə vicdan və din azadlığının həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası, eləcə də digər şərtlər mövcuddur", - deyə məlumatda bildirilib.

O cümlədən əlavə edilib ki, Tacikistanda dini azadlıqların vəziyyəti ilə bağlı verilən qiymətləndirmələr çox vaxt real vəziyyəti əks etdirmir.

Vurğulanır ki, bu cür iddialar əsasən şübhəli mənbələrdən alınan məlumatlara əsaslanır.

OXŞAR XƏBƏRLƏR
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Prezident Mərakeş kralını təbrik edib
Prezident Mərakeş kralını təbrik edib
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı
Elm və Təhsil Nazirliyi transformatorların təmirinə 1.2 milyon manat ayırıb
Elm və Təhsil Nazirliyi transformatorların təmirinə 1.2 milyon manat ayırıb