Azərbaycan İdeyası

Mərkəzi Asiya ölkəsində şok: “Müharibə hələ irəlidədir”

Tarix:23-05-2016, 21:01
Baxış Sayı:793

Tacikistanda dövlət çevrilişi və vətəndaş müharibəsi mümkündür.
bunu “Tacik əmək miqrantları” Ümumrusiya ictimai hərəkatının başçısı Karomat Şaripov bildirib.

Ölkə prezidenti Emomali Rahmonu tənqid edən Şaripovun sözlərinə görə, o, ölkənin real problemlərini bilmir:

“Bizə bir çox insan kömək üçün müraciət edir. Müharibə hələ irəlidədir”, - ictimai hərəkatın rəhbəri əlavə edib.

Qeyd edək ki, Tacikistanda vətəndaş müharibəsi 1992-ci ildən 1997-ci ilə qədər davam edib. Münaqişə hökumət və müxalifət arasında sazişin imzalanması və milli barışıq üzrə komissiyanın yaradılmasından sonra başa çatıb.

Dünən isə Tacikistanda Kosntitusiyaya dəyişikliklər üzrə referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sakinlərin 94,5 faizi ölkə dəyişiklikləri dəstəkləyib.

Respublikanın əsas qanununa 41 düzəliş təklif edilib. Onların arasında prezidentlik müddətinin sayına qoyulan məhdudiyyətin ləğvi və prezident postuna namizədlərin yaş senzinin 35 yaşdan 30 yaşa qədər azaldılmasıdır. İkinci dəyişiklik prezident Emomali Rahmonun oğlu Rüstəm üçün prezidentliyə gedən yolunu qısaldacaq. 2020-ci ildə 33 yaşı olacaq Rüstəm Emomali seçkilərdə iştirak etmək hüququ qazanacaq.

Konstitusiya dəyişiklikləri həmçinin, milli və ya dini əsasda partiyaların yaradılmasını və onların xaricdən maliyyələşdirilməsini qadağan edir.

Dəyişikliklər ölkə müxalifəti tərəfindən etirazla qarşılanıb.

Cəmiyyəti ən çox hiddətləndirən məsələ “radikalizmlə mübarizə” adı altında sərt addımların atılmasıdır. Bu ilin yanvar ayında Tacikistan polisi təxminən 13 min nəfərə saqqalını kəsdirib.

Bundan başqa, “xarici təsirlərlə” mübarizə çərçivəsində ənənəvi müsəlman paltarlarını satan 160-dan çox mağazanın fəaliyyəti dayandırılıb. Tacikistan rəhbərliyi atılan bütün addımların məqsədinin “cəmiyyətin radikallaşmasının qarşısını almaq” və “dünyəvi sistemi qorumaq” olduğunu açıqlayır.

Tacikistanın Ali Məhkəməsi ölkədə qeydiyyata alınan yeganə islam partiyası İslam İntibah Partiyasını ötən ilin sentyabr ayında terror təşkilatı kimi tanıyıb. Partiya qanunsuz elan edilib, onun fəaliyyəti respublika ərazisində qadağan olunub.Mərkəzi Asiya ölkəsində şok: “Müharibə hələ irəlidədir”

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı