Azərbaycan İdeyası

Türkiyədə 2 500 illik monumental mərmər heykəl tapılıb

Tarix:4-08-2026, 12:00
Baxış Sayı:2

Türkiyədə 2 500 illik monumental mərmər heykəl tapılıb
Türkiyənin Manisa vilayətində yerləşən qədim Sardis şəhərində arxeoloqlar uzunsaçlı gənci təsvir edən monumental mərmər heykəl aşkar ediblər.

Alimlərin qiymətləndirməsinə görə, tapıntının yaşı təxminən 2 500 ildir. Sardis qədim Lidiya çarlığının paytaxtı olub və zənginliyi ilə tanınan mühüm tarixi şəhərlərdən biri hesab edilir. Tarixçilərin fikrincə, e.ə. VII əsrdə məhz burada dünyanın ilk sikkələri zərb olunub ki, bu da beynəlxalq ticarətin inkişafında mühüm dönüş nöqtəsi yaradıb. Sonralar şəhər Əhəmənilər imperiyasının qərb vilayətinin inzibati mərkəzinə çevrilib.

Hazırda Sardis Türkiyənin ən zəngin arxeoloji abidələrindən biri sayılır. Son tapılan heykəl isə bölgədə son illərin ən əhəmiyyətli arxeoloji kəşflərindən biri kimi qiymətləndirilir.

Hündürlüyü 2,2 metr olan heykəl ayaq üstə dayanmış gənci təsvir edir. Onun e.ə. V əsrin birinci yarısında hazırlandığı bildirilir. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tapıntını qədim Anadolu mədəniyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyan kəşf adlandırıb.

Heykəl iki hissəyə parçalanmasına baxmayaraq, olduqca yaxşı vəziyyətdə qorunub saxlanılıb. Roma dövründə o, tikinti materialı kimi istifadə olunaraq Sardisdə sütunlu küçənin döşəməsinə üzü aşağı yerləşdirilib. Məhz bu səbəbdən heykəl eroziya, aşınma və hava şəraitinin təsirlərindən qorunub.

Gəncin əynində yüngül xitonun üzərindən geyinilmiş qalın himation təsvir olunub. Onun sağ əlində isə ehtimal ki, tanrıya təqdim olunmaq üçün nəzərdə tutulmuş meyvə var.

Hazırda mütəxəssislər qədim dövrdə mərmər heykəllərin rəngləndiyini təsdiqləyə biləcək boya izlərini araşdırırlar. Tədqiqat və bərpa işləri başa çatdıqdan sonra heykəl Manisa Muzeyində nümayiş etdiriləcək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
5 avqust - Azərbaycan Hərbi Donanması Günüdür
5 avqust - Azərbaycan Hərbi Donanması Günüdür
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Özlem Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı oldu
Özlem Karapınar Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı oldu
ATƏT-in fəaliyyətdə olan sədri Bakıda şəhidlərin xatirəsini anıb
ATƏT-in fəaliyyətdə olan sədri Bakıda şəhidlərin xatirəsini anıb
Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU
Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU
SOCAR: "Kütləvi ixtisarlarla bağlı yayılan iddialar həqiqəti əks etdirmir"
SOCAR: "Kütləvi ixtisarlarla bağlı yayılan iddialar həqiqəti əks etdirmir"
Türkiyədə 2 500 illik monumental mərmər heykəl tapılıb
Türkiyədə 2 500 illik monumental mərmər heykəl tapılıb