Azərbaycan İdeyası

Tramp administrasiyasından Yaxın Şərqlə bağlı mühüm addım

Tarix:Bu gün, 10:00
Baxış Sayı:2

Tramp administrasiyasından Yaxın Şərqlə bağlı mühüm addım
ABŞ Yaxın Şərq ölkələrinin enerji infrastrukturunun bərpasını maliyyələşdirmək üçün yaradılması nəzərdə tutulan yeni fonda 5 milyard dollar yatırmağı təklif edib.
Bu barədə "The Wall Street Journal" nərşi məlumat yayıb.

Məlumata görə, yeni fondun vəsaiti hesabına neft və qaz tədarükünün Hörmüz boğazından asılılığını azaltmağa imkan verəcək infrastrukturun yaradılması da planlaşdırılır.

ABŞ Prezidenti Donald Trampın planına əsasən, Vaşinqtonun regiondakı səkkiz tərəfdaşı - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn, Küveyt, Oman, İraq və İordaniya - ABŞ-nin yatıracağı vəsaitə uyğun məbləği fonda köçürməlidirlər. Bununla fondun ümumi həcminin 10 milyard dollar olması nəzərdə tutulur.

Tərəflər yeni fondun detalları ilə bağlı müzakirələri davam etdirirlər. Digər ölkələrin də fonda qoşulub-qoşulmayacağı isə hələlik məlum deyil.

Mənbə qeyd edir ki, belə bir addım yeddi aydır davam edən münaqişənin qlobal enerji bazarına ciddi təsir göstərdiyinin və regionda bərpası böyük vəsait tələb edən boru kəmərləri ilə neft emalı zavodlarının dağıdıldığının qeyri-rəsmi etirafı kimi qiymətləndirilə bilər.

OXŞAR XƏBƏRLƏR
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Qaxda kafedə qan töküldü
Qaxda kafedə qan töküldü