Azərbaycan İdeyası

Ərəb şahzadə Hacıqabul sakinlərinə yarım milyon `atdı`

Tarix:8-02-2016, 14:26
Baxış Sayı:414

Ərəb şahzadə Hacıqabul sakinlərinə yarım milyon `atdı`



Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun ov etmək üçün tez-tez Azərbaycana gəlməsi, onun Hacıqabul rayonunun Qarasu kəndində iki villa alması haqda xəbər vermişdik.
Yerli KİV-lərdə yayılan xəbərlərə görə, ərəb milyarder Qarasu kəndində uzun illər Rusiyada yaşayan Eldəniz və Vüqar Cavadov qardaşlarına məxsus iki evi 500 min manata satın alıb. Ərəb şahzadə bu evə ara-sıra gəlir. Hazırda həmin mülkdə Rəşid əl-Məktumun dostları, qohumları yaşayır.
AzVision.az ölkəmizə ova glən ərəb şahzadə ilə bağlı sensasion məlumat əldə edib.
Hacıqabulun Qarasu kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, ərəb şahzadə Cavadov qardaşlarından aldıqları villaların pulunu verməkdən imtina edib. Sakinlərin sözlərinə görə, evin sahiblərindən olan Eldəniz Cavadov artıq dünyasını dəyişib.
“Ərəblər bura gələndə həmin evdə kirayə qalırdılar. Onlar 30 min manat verərək 3 aylın həmin evləri kirayə götürmüşdülər. Sonaradan ərəb şahzadə qardaşlara məxsus iki evi almaq istədiyini bildirdi. Ev sahibləri razılığa əsasən onlar 500 min manat ödəməli idilər. Tərəflər anlaşandan sonra həmin evlər ərəblərə satıldı, ərəblər evin pulunun müəyyən vaxtdan sonra veriləcəyinə dair söz verdilər. Amma söz verdikləri kimi evin pulunu vermədilər. Onlar Cavadov qardaşlarını aldatdılar”-deyə sakinlər qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı