Azərbaycan İdeyası

Türklərlə yunanlar arasında dava düşdü - FOTOLAR+VİDEO

Tarix:2-09-2016, 14:00
Baxış Sayı:316

Türklərlə yunanlar arasında dava düşdü - FOTOLAR+VİDEO
Dünən Türkiyənin 21 yaşadək futbol millisi ilə Cənubi Kiprin eyniadlı komandası arasında dava düşüb. Belə ki, seçmə mərhələdə qrupun autsayderi olan yunanların 1:0 hesabı ilə qalib gəlməsi türklərin əsəblərini qoruya bilməməsinə səbəb olub. Qaynarinfo.Az xəbər verir ki, oyunun bitməsindən dərhal sonra futbolçular arasında dava başlayıb.

Türkiyə mətbuatının əldə etdiyi bilgiyə görə, adalılar matç sonunda sevinclərini irqçi şəkildə qeyd ediblər. Türklər isə prinsipial rəqiblərinin bu hərəkətlərinə cavab verməli olub. Hətta türklərin kapitanı Ənvər Cenk Şahin cənubi kiprli futbolçuya təpik vurub.
Polis meydançaya daxil olmaq məcburiyyətində qalıb. Təxminən 80 təhlükəsizlik nümayəndəsinin araya girməsi ilə olayın daha qanlı formaya çevrilməsinə imkan verilməyib. Təhlükəsizlik yunanların Türkiyədə qaldığı otelə gedənədək, hətta otel ərazisində də qorunub.

Qeyd edək ki, bu matçdan sonrakı davanı UEFA nümayəndəsi də öz qeyd dəftərinə yazıb. İndi UEFA-nın hansı tərəfə cəza verəcəyi maraqla gözlənilir. Oyunun baş hakimi isə davaya görə Ənvər Cenk Şahin başda olmaqla Türkiyədən və Cənubi Kiprin hərəsindən 3 futbolçuya qırmızı vərəqə göstərib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı