Azərbaycan İdeyası

Ramil Usubovdan iki mühüm təyinat

Tarix:21-10-2015, 13:52
Baxış Sayı:535

Xəbər verildiyi kimi, Suriya prezidenti Bəşər Əsəd dünən gecə Moskvaya səfər edib. Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Danışıqlar həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.
"Korrupsiya və Qanun" qəzeti “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Peskov danışıqlar kifayət qədər uzun sürdüyünü və danışıqların mövzusunun tamamilə aydın olduğunu deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqlarda Suriyadakı vəziyyət, terror qruplaşmaları ilə mübarizə və hərbi əməliyyatının davam etdirilməsi müzakirə olunub.
Suriya prezidentinin Moskvaya səfəri gözlənilməz olsa da, ekspertlər hesab edir ki, hansısa məxfi danışıqlardan danışmaq çətindir. Rusiyanın “Mill müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, format mövcud şərait üçün tamamilə təbiidir. O, Əsəd-Putin görüşündə heç bir məxfiliyin olmadığını dilə gətirib.
“Görünür bağlı qapılar arxasında İŞİD-ə qarşı hərbi əməliyyatın davam etdirilməsi, mülayim müxalifət və rəsmi Dəməşq arasında siyasi dialoqun inkişafı etdirilməsi və əlbəttə ki, bu prosesdə Rusiyanın rolu müzakirə edilib. Normal təcrübədir ki, bu cür məsələlər açıq müzakirə olunmur”, - ekspert vurğulayıb.
Korotçenko həmçinin Bəşər Əsədin ehtimal edilən marşrutu şərh edib: “Səfərin təhlükəsizliyini və Əsədin Dəməşqə müvəffəqiyyətli qayıdışı təmin etmək üçün xüsusi marşrut seçilməli idi".
Öz növbəsində istefada olan polkovnik, hərbi müşahidəçi Viktor Litovkin bildirib ki, Bəşər Əsədin Moskvaya səfərinin məxfi olması məsələsi Suriya tərəfindən qoyulması ehtimal edilir. Onun fikrincə, Əsəd Rusiya paytaxtına İraq-İran-Xəzər dənizi marşrutundan istifadə edərək gəlib.
Viktor Litovkinin sözlərinə görə, liderlərin görüşündən sonra Rusiya-Suriya birgə hərbi əməliyyatında prinsipial dəyişikliyin olacağını gözləmək lazım deyil. Litovkinin sözlərinə görə, Vladimir Putin və Bəşər Əsədin şəxsi görüşü telefonla danışmaqdan daha yaxşıdır: “Telefon söhbətini dinləyə bilərlər, amma üz-üzə görüş zamanı bunu etmək daha çətindir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı