Azərbaycan İdeyası

Putin İŞİD-dən təhlükəlidir...

Tarix:30-05-2017, 12:13
Baxış Sayı:348

Putin İŞİD-dən təhlükəlidir...

Korrupsiya və Qanun saytının məlumatına görə qatı antiRusiya mövqeyi ilə tanınan nüfuzlu amerikalı senator Con Makkeyn dünən "ABC News" telekanalına müsahibəsində bildirib ki, Rusiya və onun lideri Vladimir Putin bəşəriyyət üçün “İslam dövləti” terror təşkilatından daha təhlükəlidir:
“Mən hesab edirəm ki, İslam Dövləti dəhşətli şeylər törədə bilər və müsəlmanların dini ilə nə baş verdiyi məni narahat edir, bu məsələdə bir çox şeylər məni həyəcanlandırır, düşündürür. Amma, məhz ruslar demokratiyanın fundamental əsaslarını dağıtmaq istəyirlər, başqa sözlə, Amerika seçkilərinin nəticələrini dəyişməyə cəhd edirlər”
Makkeynin sözlərinə görə seçkilərdən sonra Ağ Ev Rusiya müdaxiləsinə qarşı heç bir tədbir görməyib. Buna görə də Rusiya başqa dövlətlərin işinə qarışmaqda davam edir, seçki nəticələrinə təsir edir, o cümlədən Fransada. Senator Rusiyaya qarşı yeni məhdudiyyətlər qoyulmasına da çağırış edib:
“Mən Ukraynanı parçalayan, Baltikyanı ölkələrə təzyiq göstərən Vladimir Putinə ruslara bizim ən böyük problemimiz kimi baxıram” - deyə, Makkeyn sərt bəyanat verib.
Xatırladaq ki, ABŞ-da Donald Tramp başda olmaqla Ağ Evin yeni rəhbərliyini Rusiya ilə əlaqələrində ittiham edirlər və rus siyasətçilərlə mümkün bağlılıqlarını araşdırmaq məqsədilə xüsusi xidmət orqanında ayrıca komitə yaradılıb.
Kreml isə bu ittihamları rədd edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı