Azərbaycan İdeyası

Kremldən Türkiyə açıqlaması

Tarix:15-06-2016, 18:35
Baxış Sayı:534

Kremldən Türkiyə açıqlaması
"Moskva Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyir. Amma Vladimir Putin açıq dedi ki, Türkiyə bəzi şərtlərə əməl etmədən bu mümkün deyil".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Rəcəb Tayyib Ərdoğanın Rusiya günü münasibəti ilə rusiyalı həmkarı Putinə göndərdiyi məktubu şərh edib. Onun sözlərinə görə, V.Putin dəfələrlə bu ölkə ilə yaxşı münasibətə malik olmaq istədiyini deyib. "Sözsüz ki, biz qarşılıqlı xoş əməkdaşlıq olan zamana qayıtmaq istərik. Moskva Türkiyə ilə bütün sahələri, ilk növbədə iqtisadi-ticarət sahəsini əhatə edən əməkdaşlıq əlaqələrinin yaxşı olduğu zamanı yüksək qiymətləndirir. Biz çox təəssüflənirik ki, bizim belə zəngin münasibətlərimiz Türkiyə tərəfinin aqressiv fəaliyyəti nəticəsində məhv edildi".

Peskov deyib ki, bu, beynəlxalq münasibətlər praktikasında bir protokoldur. Ənənəvi olaraq milli günlər münasibəti ilə belə məktublar göndərilir. "Bir qayda olaraq belə məktublara cavab tələb edilmir".

Rusiya daha öncə də - ötən ilin noyabr ayında Suriya ilə sərhəddə vurulan "Su 24" təyyarəsinə görə, Türkiyədən rəsmi şəkildə üzrxahlıq və kompensasiya gözlədiyini bəyan etmişdi.

Rusiya və Türkiyə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə Suriya ilə sərhəddə Rusiyaya məxsus "Su-24" qırıcısını vurub.

Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də Rusiya tərəfi bu iddiaları rədd edib. Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırıb.

Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.(Anspress.com)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı