Azərbaycan İdeyası

Sagirdi intihar həddinə çatdıran adama hökm – 4 il

Tarix:22-10-2015, 11:25
Baxış Sayı:482

"Korrupsiya və Qanun" qəzetinin məlumatına görə Moskvada 37 yaşlı azərbaycanlı Zahid Mamliyevə hökm oxunub. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Dövlət İstintaq İdarəsinin rəsmi saytında bildirilib.
O, azyaşlı şagirdi intihar həddinə çatdırmaqda ittiham edilib. O, oğlu ilə mübahisə edən uşağı təhdid edib.
Məhkəmənin qərarı ilə Zahid Mamaliyev (daha öncə onu mətbuatda Ramil adlandırırdılar) 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
Faciə 2014-cü ilin oktyabr ayının 23-də Kuntsevo rayonunun Rublyovka şossesində baş verib. Orada dördüncü sinif şagirdi Dimanın cəsədi tapılıb. Tibb işçiləri 13-cü mərtəbədən özünü ataraq intihar edən 10 yaşlı oğlanın öldüyünü təsdiq ediblər. Polislər müəyyən ediblər ki, oğlan ölümündən bir gün öncə paralel sinfin şagirdi Mahmud M. ilə mübahisə edib.
Mahmud onun arxasınca qardaşı ilə gələn atasına təhqir olunduğu barədə danışıb. Valideyn müəllimlərə müraciət edib, onlar isə baş verənləri aydınlaşdıracaqlarını vəd ediblər. Amma pedaqoqların reaksiyası valideyni qane etməyib. O, özü Dimanı tapıb (həmin an oğlan iki dostu ilə bərabər olub) və onu hədələyib.
Bu hadisədən sonra oğlanlar Dimanın evinə yollanıblar. Bir müddət sonra dostları gedib, o isə tək qalıb. Daha sonra o, balkondan özünü atıb. Bütün bunlar onun evinin qarşısından keçən dostlarının gözü önündə baş verib.
Öncə bədbəxt hadisə versiyası nəzərdən keçirilirdi, guya ki, dostlarını izləyən oğlan tarazlığını itirərək eyvandan yıxılıb. Həmçinin onun mənzildən qaçan pişiyi tutmağa cəhd etdiyi də ehtimal edilib.
Amma daha sonra bu versiyalar etibarsız hesab edilib, işin fiqurantı isə Mahmudun əslən azərbaycanlı olan, Tula vilayətində qeydiyyatda olan atası olub. KİV-in məlumatına əsasən, məktəblilər arasında münaqişə ksenofobiya əsasında yaranıb.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
"Azərenerji" kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə iki milyon manat ayırdı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
Samuxda 57 yaşlı çobanın meyiti tapıldı
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI