Azərbaycan İdeyası

Misirdə tankçılar “canlı bomba”nı əzdilər

Tarix:26-07-2017, 16:15
Baxış Sayı:446

 Misirdə tankçılar “canlı bomba”nı əzdilər


Misirin Sinay yarımadasının şimalındakı Əl Ariş şəhərinin yaxınlığında “canlı bomba”nın idarə etdiyi “şəhid-mobil”in böyük insan tələfatına səbəb olacaq partlayışının qarşısı alınıb.
Korrupsiya və Qanun milli.az-a istinadən bildirir ki, Misir ordusunun tankı və iki zirehli avtomobilinin də hərəkət etdiyi yolda “şəhid-mobil” hərbçilərə sürətlə yaxınlaşıb. Tankın qarşıında avtomobili saxlayan terrorçu qərar qəbul edənədək tank hərəkətə gəlib və “şəhid-mobil”i əzib.
Yoldakı avtomobillərdən düşən insanlar qaçmağa başlayıblar. Tank isə terrorçunun avtomobilini əzəndən sonra zirehli maşınların yanına qayıdıb. Bu zaman “şəhid-mobil” partlayır. Partlayışda 3 nəfər həlak olub. Həlak olanların ikisi qadın, biri uşaqdır. Misirin Müdafiə Nazirliyi olay barədə rəsmi açıqlamasında bəyan edib ki, tankın heyətinin cəsarətli və qəhrəmancasına davranışı terrorçuların hücumunun qarşısını alıb.
“Hərbçilər avtomobildəki partlayıcı qurğunun mexaniki dağılması nəticəsində partlayışın baş verməməsinə çalışıblar. Bundan başqa, tankın heyəti yoldakı insanları xilas etmək üçün mümkün partlayışın episentrinə doğru hərəkət edib”, - nazirliyin açıqlamasında deyilir.
“Şəhid-mobil”də 100 kq partladıcı maddə olub. Əgər terrorçuların planları baş tutsaydı, yoldakı postda və yük maşınları karvanında olan 60 insan həlak olacaqdı.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama