Azərbaycan İdeyası

İŞİD Barselonanı qana boyadı - 13 ölü, azı 100 yaralı...

Tarix:18-08-2017, 12:28
Baxış Sayı:555

 İŞİD Barselonanı qana boyadı - 13 ölü, azı 100 yaralı...

İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.
Mikroavtobusun kütlənin üzərinə sürülməsindən sonra iki silahlı şəxs bir restorana girib. Restoranın türk restoranı olduğu bildirilir. Polis terrorçuları zərərsizləşdirmək üçün əməliyyat keçirib. Əməliyyata helikoper də dəstək verib.
Terror aktının törədilməsində şübhəli bilinən terrorçulardan biri polislərlə atışmada öldürülüb. Polis həmçinin bir nəfəri saxlayıb. Polis hadisəni terror aktı kimi dəyərləndirir.
Reuters agentliyin məlumatına görə, terror aktı nəticəsində azı 13 nəfər ölüb. Terror aktı nəticəsində xəsarət alanların sayı isə 100 nəfəri keçib.
Bundan başqa, Barselonada avtomobil üç polis əməkdaşını vurub. Polis əməkdaşları avtomobili yoxlamaq üçün saxlamaq istəyən zaman sürücü onların üzərinə sürüb. Ağ "Ford Focus" markalı avtomobilin sürücüsü polislərə atəş açandan sonra hadisə yerindən qaçıb. Atışma nəticəsində iki polis əməkdaşı xəsarət alıb. "Periodico" qəzeti bildirir ki, terrorçu atışmadan sonra zərərsizləşdirilib.
İŞİD terror təşkilatı Barselonada törədilən terror aktına görə, məsuliyyəti öz üzərinə götürüb.
Artıq İspaniyada Barselonada baş verən terror aktı nəticəsində 13 nəfərin ölməsi ilə bağlı ölkədə üçgünlük matəm elan edilib.
ABŞ prezidenti Donald Tramp Barselonada törədilən terror aktının araşdırılmasında öz köməyini təklif edib. Amerikalı lider həmçinin terror aktını pisləyib.
NATO-nun baş katibi Yens Stoltenberq də Barselonada törədilmiş terror aktını pisləyib. “Mən Barselonada törədilmiş dəhşətli hücumu pisləyirəm. Biz terrorizmlə mübarizədə birik”, - deyə baş katib bildirib.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama