Azərbaycan İdeyası

Rusiya muharibeye hazirlasir – Politoloq

Tarix:7-09-2017, 12:17
Baxış Sayı:771


 Rusiya muharibeye hazirlasir – Politoloq
Rusiyanın hərbi təlimləri Şərqi Avropa ilə mümkün müharibənin göstəricisidir.
Bu sözləri politoloq İlqar Vəlizadə Axar.az-a “Qərb-2017” adlı genişmiqyaslı hərbi təliminin keçirilməsinin səbəbləriylə bağlı açıqlamasında deyib. O bildirib ki, Rusiya Şərqi Avropanın planlarından narahat olaraq, hərbi təlimlərə ehtiyac duyur:
“Bu təlimlər həm Ukrayna ətrafında gedən proseslərlə, həm də NATO-nun Şərqi Avropada silahlı qüvvələrinin yenidən qurulması ilə bağlıdır. Son illər ərzində Şərqi Avropada NATO-nun yeni çevik briqadaları yaranmağa başlayıb. Eyni zamanda, ABŞ-ın qoşunlarını regionda yerləşdirməsi planı var. Təbii ki, bu planlar ilk növbədə Rusiyanı narahat edir. Bu planları reallaşdırmaq üçün Şərqi Avropa ölkələri səy göstərir. Şərqi Avropa Rusiyanın Ukraynanın timsalında hərbi təcavüzündən narahatlığını bildirir və bununla bağlı NATO ilə sıx inteqrasiyadadır”.
Politoloq bildirib ki, Rusiyanın Ukrayna siyasəti Şərqi Avropanın milli maraqlarına təhlükədir:
“Rusiyanın keçirdiyi hərbi təlimlərdə hətta şərti düşmən yox, konkret düşmən göstərilir. Rusiya bu təlimlərdə düşmən kimi NATO qüvvələrini qəbul edir. NATO ölkələri isə bu ərazilərdə təlim keçirəndə konkret olaraq Rusiyanı nəzərdə tutur. Əlbəttə ki, bu, regionda hərbi-siyasi gərginliyə səbəb ola bilər. Bu gərginlik düşünürəm ki, yaxın illərdə davam edəcək. Nə qədər ki, Ukraynada bu proseslər mürəkkəb olaraq qalır, nə qədər ki, sabitlik olmayacaq, Rusiya ilə Şərqi Avropa arasında vəziyyət gərgin olaraq qalacaq, hər iki tərəf hərbi aktivliyini artıracaq”.
Qeyd edək ki, bir həftədən sonra Rusiya Polşa, Litva, Latviya, Estoniya, Ukrayna və Finlandiya sərhədləri yaxınlığında “Qərb-2017” adlı genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Rusiya Müdafiə Nazirliyi sentyabrın 14-dən oktyabrın 2-nə qədər davam edəcək təlimlərin müdafiə xarakterli olacağını bildirib. Hərbi təlimlərə 5,5 min hərbçinin qatılacağı, onlardan 3 min nəfərinin Belarus ərazisinə dislokasiya olunacağı açıqlanıb. Avropalı ekspertlərin fikrincə, Vladimir Putinin əsas məqsədi region ölkələrini qorxu altında saxlamaq və Belarusun Kremlin tam nəzarətində olduğunu göstərməkdən ibarətdir

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı