Azərbaycan İdeyası

Moskvada Lotu Qulinin adamları saxlanıldı

Tarix:15-02-2018, 16:54
Baxış Sayı:7 350

 Moskvada Lotu Qulinin adamları saxlanıldı


Çərşənbə günü gecə saatlarında Moskvada FTX ilə cinayət axtarış əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Nadir Səlifovun (Lotu Quli) “qanuni oğru” klanının üzvləri saxlanılıb. Lotu Qulinun adamları başda Afo ləqəbli Fuad Rzayev olmaqla, azərbaycanlı biznesmenlərə üzərinə “haqq” qoyub. Onlar ödəniş etməkdən imtina edəcəkləri təqdirdə iş adamlarının ailələrinə divan tutmaqla hədələyib.
Bu barədə Moskva şəhər hüquq mühafizə orqanlarından məlumat daxil olub.
Quldurlar bu yollar hər ay sahibkarlardan iki milyon rubla yaxın pul yığıb. Bütün bunlara Lotu Qulinin tez-tez Türkiyədə Rusiyaya gələn qardaşı Namiq Səlifov başçılıq edir.
Xəbərə görə, Rzayevin evinə edilən reyd zamanı, sonuncu öz mobil telefonlarını məhv etməyə çalışıb və öz qarın nahiyəsinə bıçaq zərbələri endirib. Bıçaq xəsarətlərinin ciddi olmadığı bildirilir.
Paralel olaraq Dolqoprudnıda aparılan əməliyyatda, Rzayevin yaxın çevrəsindən olan 10 a yaxın şəxs saxlanılıb. Onların cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır. Məlum olduğu kimi, Rusiyada yaşayan azərbaycanlı biznesmenlər bir müddət əvvəl Lotu Quludan polisə şikayət edib. Şikayət əsasında hədə qorxu yolu ilə pul tələb etmə maddəsi ilə cinayət işi açılıb.
Quli özü hazırda İstanbulda yaşayır, qanunla bağlı problemləri olduğu üçün Rusiyaya səfər edə bilmir. Rusiya hüquq mühafizə orqanları Səlifovun yaxalanması üçün ciddi şəkildə məşğul olur.(oxu.az)

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib