Azərbaycan İdeyası

“Lotu Quli”nin yeznəsi azadlığa buraxıldı – Vaxtından əvvəl

Tarix:25-07-2017, 16:12
Baxış Sayı:707

“Lotu Quli”nin yeznəsi azadlığa buraxıldı – Vaxtından əvvəl


Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov vaxtından əvvəl azadlığa buraxılıb.
Korrupsiya və Qanun saytı Lent.az-a istinadən verdiyi məlumata görə, İstintaq Təcridxanasında saxlanılan Vidadi Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib.
Qərara görə, Vidadi Hüseynov cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlandığı istintaq təcridxanasından azadlığa buraxılıb.
Vidadi Hüseynov ona təyin edilmiş 1 il 6 ay həbs cəzasının çəkilməmiş 3 ayını azadlıqda çəkməli olacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasının əvvəli 30 aprel 2016-cı ildən hesablanıb.
Xatırladaq ki, Vidadi Hüseynov 2016-cı ilin aprelin 30-da narkotik ittihamı ilə həbs edilib.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı