Azərbaycan İdeyası

Erməni ekspert İrəvanı silkələdi: Rusiya bizə və Bakıya nə satıb?

Tarix:4-04-2018, 16:48
Baxış Sayı:396


 Erməni ekspert İrəvanı silkələdi: Rusiya bizə və Bakıya nə satıb?

Rusiyanın Azərbaycana intensiv silah satışı 2010-cu ildən başlayıb.
Bunu Rusiya mətbuatına açıqlamasında Ermənistanın İnformasiyalı Vətəndaşların İttifaqı proqramının koordinatoru Daniel İoanisyan deyib.
“Rusiya Azərbaycana S-300PMU2, T-90 tankları, “Smerç” səyyar raket sistemləri, “Solntsepek” və “Buk” sistemlərini verib. Ermənistana isə Rusiya silahları daha gec, İrəvanın Bakıya qarşı duruş gətirə bilməsini anlayanda verdi. Bu silahlar daha ucuz və daha köhnə idi. Məsələn, 2010-cu ildə Rusiya Azərbaycana 2009-cu ilin S-300PMU2-sini, Ermənistana isə 1982-ci ilin S-300PS-sini satmışdı.
Beş il əvvəl Ermənistanda Rusiyaya münasibət Moskvanın tam xeyrinə idi. İctimaiyyət hökumətin rusiyayönlü siyasətini aktiv şəkildə dəstəkləyirdi. Buna əsas səbəbi isə Rusiyanın bizim ən yaxın qonşularımızdan biri olması və Ermənistanın uzun illər onunla problemlər yaşamaması idi”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya Dumasının deputatı Konstantin Zatulinin İrəvandakı açıqlamasından öz məqsədləri üçün istifadə edən erməni mediasında Daniel İoanisyanın bu müsahibəsi ciddi rezonans doğurub.(axar.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı