Azərbaycan İdeyası

Erməni ailəsini qətlə yetirən rus əsgər haqda QƏRAR VERİLDİ

Tarix:23-08-2016, 12:13
Baxış Sayı:359

Erməni ailəsini qətlə yetirən rus əsgər haqda QƏRAR VERİLDİ
Gümrüdə erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakova avqustun 23-də hökm oxunacağı gözlənilir.

BiG.AZ report-a istinadən bildirir ki, V.Permyakov cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.

"Joxovurd" qəzeti yazıb ki, rəsmi Moskva və Yerevan bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən əsgəri 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçün məhkum olunaraq, cəzasını Rusiya həbsxanasında çəkən Qraç Arutyunyanla dəyişməyi müzakirə edir: "Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq".

Qeyd edək ki, Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Bundan sonra V.Permyakovun bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsiylə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı