Azərbaycan İdeyası

Qarabağda silahlı münaqişə baş verə bilər- Ekspert

Tarix:9-08-2018, 14:41
Baxış Sayı:384



 Qarabağda silahlı münaqişə baş verə bilər- Ekspert

Bütövlükdə Cənubi Qafqazda vəziyyət olduqca gərgindir. Bu baxımdan, yaxın zamanlarda Dağlıq Qarabağda silahlı münaqişə baş verə bilər.
ONN media bildirir ki, bu barədə Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenhauer “RTVI”yə müsahibəsində deyib.
Onun fikrincə, Qarabağda alovlanacaq müharibə Gürcüstana də təsirsiz ötüşməyəcək. Çünki məhz Gürcüstan vasitəsilə Rusiya Ermənistanla quru əlaqəsi yaratmaq imkanına sahibdir.
“Hazırda Rusiyanın Ermənistandakı yeni rəhbərliklə çox böyük çətinlikləri var. Ona görə də Dmitri Medvedev (Rusiyanın baş naziri – red.) Ermənistanı da nəzərdə tutaraq birbaşa formada dedi ki, Gürcüstanın NATO, Amerika və Qərbə tərəf gələcək addımları bütün regionda qorxunc müharibəyə gətirib çıxaracaq.” – deyə, rusiyalı hərbi ekspert vurğulayıb.
Felqenhauerin sözlərinə görə, İrəvan Tbilisinin yolu ilə getməyə cəhd etsə Dağlıq Qarabağda irimiqyaslı müharibə və ciddi məğlubiyyətlə üzləşə bilər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı