Azərbaycan İdeyası

“İtkilərimiz böyük olacaq” – Ermənilər Qarabağı tərk edir – İKİNCİ APREL QORXUSU

Tarix:27-02-2017, 11:12
Baxış Sayı:599

 “İtkilərimiz böyük olacaq” – Ermənilər Qarabağı tərk edir – İKİNCİ APREL QORXUSU
Ermənistan hərbi birləşmələrinin təxribat hücumundan sonra Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə narahat edir.
Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyəti ikinci “aprel şokunu” yaşamaq istəmir və buna görə də Sarkisyan hakimiyyətini ittiham edir.
Erməni siyasətçilər isə baş verənlərin Ermənistanın xeyrinə olmadığı düşüncəsindədirlər. Xüsusilə, onlar Qarabağda üçüncü müharibənin başlaya biləcəyi və bunun Ermənistana təsirlərindən narahatdırlar.
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Artünyan bildirib ki, ermənilər müharibə vəziyyətində olduqlarını dərk etməlidirlər: “Biz müharibəyə hazırlaşmalıyıq, əks təqdirdə itkilərimiz və ümumiyyətlə, ölkə olaraq itirdiklərimiz böyük olacaq”.
V.Artünyan Azərbaycanın Ermənistana qarşı blokada siyasətinə diqqət çəkib və bunun pis nəticələri haqda xəbərdarlıq edib.
“Rəsmi Bakının blokada siyasəti Ermənistanın gələcəyi üçün yaxşı deyil. Çünki bu siyasətə görə iqtisadi vəziyyət yaxşı deyil və nəticə olaraq, ermənilər Qarabağı, eləcə də Ermənistanı tərk edirlər. Hətta Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, onlar Qarabağa, Zəngəzura, İrəvana sülh yolu ilə qayıdacaqlar. Bu məhz ondan xəbər verir ki, ermənilər ölkəni tərk edir, nəticədə, Azərbaycan Qarabağı da, digər əraziləri də müharibə olmadan qaytarır”, - deyə o bildirib.
Erməni politoloq Stepan Qriqoryan Qarabağda üçüncü müharibənin başlayacağını bildirib.
Onun fikrincə, Qarabağ münaqişəsi “dondurulmayıb”.
“Cəbhədə baş verənlər münaqişənin “dondurulmadığını” göstərir və nəticədə, beynəlxalq cəmiyyət razılaşdı ki, status-kvo yolverilməzdir, münaqişə həll edilməlidir. Burada erməni diplomatiyasının məğlubiyyətini açıq-aydın görürük. Diplomatiya hadisələrə adekvat reaksiya verə bilmir”, - deyə Qriqoryan bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı