Azərbaycan İdeyası

“Ermənistanda müharibə başlayır”-Politoloq

Tarix:3-10-2018, 14:36
Baxış Sayı:273

  “Ermənistanda müharibə başlayır”-Politoloq

"Bu gün Paşinyan Respublikaçılarla düzgün mübarizə apara bilmir. O bilir ki, Parlamentdə onu dəstəkləməyən qüvvələrin sayı çoxdur. Və bu səbəbdən o, yenidən xalqı küçələrə salaraq parlament binasını blokadaya alıb”.
Korrupsiya-q.az xəbər verir ki, bu sözləri politoloq Fikrət Sadıqov Ermənistandakı son olayları şərh edərkən deyib.
O bildirib ki, Paşinyanın tərəfdarları Respublikaçılarla müqayisədə azdır:
“Parlament binasını blokadaya alan xalq respublikaçıların Parlamentdən çıxışına imkan vermir. Paşinyan özü onları əks-inqilabçılar adlandırır. Əlbəttə ki, bu, olduqca mürəkkəb və öz-özlüyündə çox ciddi fəsadlar yarada biləcək daxili siyasi vəziyyətdən xəbər verir. Məsələ burasındadır ki, maydan vasitəsilə hakimiyyətə gələn Paşinyan parlamentin respublikaçılardan ibarət olmasını, onların üstünlüyünü azalda bilmədi. Bu gün həmin deputatlar da öz maraqlarını müdafiə etmək üçün müxtəlif vasitələrdən istifadə edəcəklər. Paşinyan özü ciddi bir addım atmasa, respublikaçılara qarşı düzgün istiqamət seçməsə, onun məğlubiyyəti qacılmaz olacaq. Amma bu, artıq o deməkdir ki, Ermənistanda daxili qarşıdurmanın yeni mərhələsi başlaya bilər. Düşünürəm ki, Ermənistanın bugünkü vəziyyəti ilə əlaqədar sadəcə bir proqnoz vermək olar: o da Paşinyanın öz tərəfdarlarını bir araya toplayaraq mitinq edib, yenidən parlamentə qarşı aksiyalara sövq etməsi. Görünən budur ki, yaxın günlərdə xalq yenidən küçələrdə Paşinyanın bəyanatları istiqamətində aksiyalara başlayacaq. Əsas rəqiblər isə bu gün Ermənistan Parlamentində çoxluq təşkil edən Respublikaçılardır. Bununla yanaşı, onu da görürük ki, Paşinyanı dəstəkləyən Daşnaksütyun Partiyasını təmsil edən nazirlər də istefa verib. Ona görə bu, birmənalı şəkildə böhran deməkdir. Böhran vəziyyəti isə parlament seçkiləri keçiriləcək günə qədər davam edəcək”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı