Azərbaycan İdeyası

Deputatlığa namizədlər qanuna nə dərəcədə əməl edirlər?

Tarix:22-10-2015, 15:55
Baxış Sayı:453

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin iki həftədir davam edən seçkiqabağı təbliğat-təşviqat kampaniyası dövründə qanunsuzluqların baş verməsi məsələsinə aydınlıq gətirib.
"Kprrupsiya və Qanun" qəzzetinin aldğı məlumata əsasən, bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Şahin Əsədli deyib ki, oktyabrın 9-dan 22-dək deputatlığa namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası dövründə qanun pozuntusuna yol verməsi ilə bağlı MSK-nın iclaslarında cəmi 2 məsələyə baxılıb. Onlar da aradan qaldırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib və yerindəcə həll olunub: "Ümumiyyətlə, seçkiqabağı təbliğat-təşviqat kampaniyası ciddi nəzarət altındadır. Bu günədək deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası zamanı onların namizədliklərinin ləğv olunmasına səbəb ola biləcək hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb. Azərbaycanda parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təbliğat-təşviqat kampaniyası tam sakit, demokratik atmosferdə, ciddi qanun pozuntularına yol verilmədən davam edir".
Xatırladaq ki, hələlik açıqlanan son məlumata görə, Milli Məclisə noyabrın 1-nə təyin edilmiş parlament seçkilərində 769 deputatlığa namizəd mübarizə aparacaq. Belə ki, Milli Məclisə seçkilərdə əvəlcə 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınsa da, sonradan onlardan 477 nəfəri namizədliyini geri götürüb.
Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla parlament seçkiləri 2015-ci il noyabrın 1-nə təyin edilib. Parlament seçkiləri dövründə seçkiqabağı təbliğat-təşviqat kampaniyasının aparılmasına oktyabrın 9-da start verilib. Kampaniya oktyabrın 31-i saat 08:00-da dayandırılmalıdır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı